Beyni ölən qız dua zamanı ayıldı

14 yaşlı qızın möcüzəli oyanışı şoka saldı
Həkimlərin öldü dediyi qız möcüzəni reallaşdırdı. 2011-ci ildə 14 yaşı olan Taylor Hale möcüzəli şəkildə komadan çıxıb.
Aldığı zədədən sonra qız komaya düşüb və xəstəxanaya yerləşdirib. Lakin bütün cəhdlərə baxmayaraq həkimlər onun beyin ölümünün gerçəkləşdiyini elan ediblər. Bundan sonra onun qoşulduğu süni nəfəs aparatı söndürülüb. Lakin saatlar sora qız ailə dostlarından biri onun başında dua oxuyarkən gözlərini açıb. Əli komadakı qızın çiynində dua oxuyan şəxs gözlərinə inana bilməyib və qısa müddətli şok keçirib. Taylor oyandıqdan sonra hər şeyi yenidən öyrənməyə başlayıb. Gəzməyi, danışmağı təkrar öyrənən gənc bu il məzun olmağa hazırlaşır.