Sadəcə, o qədər rəngli bir torba tikilir, senari hazırlanır ki, sən orda dərhal buna reaksiya verə bilmirsən, aydınlaşdırmaq, qərar vermək çətin olur
"Beynimdə Nazilə Səfərli ilə mübarizə aparırdım..."
Aydan Axundzadə: "Əslində kimin kimə qarşı mübarizə apardığını tam müəyyən etmək də çətindir. Çünki hamı biri-birinə rəqibdir"
Sadəcə, o qədər rəngli bir torba tikilir, senari hazırlanır ki, sən orda dərhal buna reaksiya verə bilmirsən, aydınlaşdırmaq, qərar vermək çətin olur
Sadəcə, o qədər rəngli bir torba tikilir, senari hazırlanır ki, sən orda dərhal buna reaksiya verə bilmirsən, aydınlaşdırmaq, qərar vermək çətin olur
"Maşın-şou" qalmaqalsız, söz-söhbətsiz ötüşmür. Şouda sentimental anlar, ani gərginliklərlə tamaşaçını darıxmağa qoymur. Bu dəfə aktrisa Aydan Axundzadə üçün «Maşın» əldən getdi. Hər iştirakçının öz taktikası, oyun strategiyası olduğu üçün bu da "Maşın"ın ümumi sürətinə təsirsiz ötüşmür. Aydan bu mübarizədə qruplaşmanın üzvü olmadan tək mübarizəyə üstünlük verdiyini bildirib. Nəticədə isə səs toplaya bilmədiyi üçün "Maşın"ı tərk etdi. Aydan Axundzadənin yaşananlarla bağlı "Şərq"ə maraqlı açıqlamaları oldu.
- Maşın ətrafında nə baş verir?
- "Maşın"da baş verənlər heç də kənardan göründüyü kimi deyil. İçəridə daha gərgin qarşıdurmalar, müharibələr gedir. Sadəcə olaraq tamaşaçı onu tam görmür, daha dəqiq göstərilmir. Çünki səsi çıxanlar, adətən qruplaşmada olmayanlardı. Onlar danışıb fikir bildirirlər. Qruplaşmada olanlar da dərhal o insanı uzaqlaşdırmaq üçün çox rəngli torba tikirlər.
- Kimin ki səsi çox çıxır, demək təkdir, oyunda qruplaşmaya qoşulmayıb?
- Bəli. Çünki qruplaşma üzvü olmayanlar məcburdular qalmaq üçün səsləri çıxarıb sözlərini desinlər. Qruplaşmada olanlar isə efirdən kənarda sözlərini səssiz deyib, sakit torba tikməklə məşğuldular. Kiminləsə razılaşma aparılır, deyirlər ki, hələ mübarizəyə qoşulmayaq, bir az susub kənarda dayanaq ona toxunmurlar.
- Sənə qarşı konkret qruplaşma var idimi? Yəni Aydan o qruplaşmanın planının qurbanı oldu?
- Təbii ki, hazırlandı. Sadəcə, o qədər rəngli bir torba tikilir, senari hazırlanır ki, sən orda dərhal buna reaksiya verə bilmirsən, aydınlaşdırmaq, qərar vermək çətin olur. Mənə qarşı qruplaşma oldu. Mən o qruplaşmanın əli ilə uzaqlaşdırıldım. Sadəcə hələ analiz edib tam qərara gələ bilməmişəm ki, kimlər konkret məni vurmağa maraqlı oldular. Görünən tərəf aydındır, axı görüməyən tərəflər də var idi.
- Orda kim sənin getməyinə maraqlı idi, bunu hiss edə bilmədin?
- Əslində kimin kimə qarşı mübarizə apardığını tam müəyyən etmək də çətindir. Çünki hamı biri-birinə rəqibdir. Sadəcə, müəyyən mərhələyə qədər qruplaşmada qalmaq onlara sərf edir. Müəyyən mərhələyə qədər də qrup üzvləri biri-birinə dəstək olurlar. Belə isə hamı qalib olmaq iddiasındadır. Kim istəməz ki, maşın onun olsun. Ora gələn, ehtiyacı olan, olmayan hamı maşın qazanmaq istəyir. Artıq bu gündən dəstək də azalacaq, qruplaşmalarda parçalanmalar da başlanacaq. Çünki rəqabət günü-gündən güclənir, belə davam edə bilməz.
- Orda kimlərin nə plan qurmasından necə, xəbərdar idiz?
- Kimin nə plan qurduğundan xəbərim yoxdu. Bu barədə dəqiq fikir söyləyə bilmərəm. Amma planlar qurulur.
- Səncə, sən strateji seçimində səhvə yol verməsən, hələ "Maşın"da qala bilərdin? Yəni qruplaşmaya qatılsaydın, hələ qalmaq şansın çox ola bilərdi?
- İstənilən halda ən optimal variant seçdiyimi düşünürəm. Bəlkə də taktiki gedişatda səhvə yol verdim, düzgün strategiya qurarkən düzgün hesablama aparmamışam. Amma bir onu bilirəm ki, tək mübarizə aparmışam, heç kimin qanadının altına sığınıb dayanmadım. Mənim baxışımdan bu, daha doğru idi.
- Axı uduzdun…
- Bəli, uduzdum. Mən bir məqamı etiraf edim. Mən çıxarmaq istədiyim adamlara qarşı mübarizədə onsuz da uduzacağımı bilirdim. Çünki onlar məndən güclü rəqib idilər. Yəni maddi imkanları məndən çox çox böyük idi. Ona görə də ad çəkərək bir nəfərlə mübarizə aparmağımın mənası yox idi. İstənilən halda səs baxımından onlara gücüm çatmazdı. Tamaşaçını da aldatmaq istəmədim. Yəni sağ göstərib, sol vurmağı özümə yaraşdırmadım.
- Artıq "Maşın"da deyilsən. Kim idi o bir nəfər ki, onunla mübarizə aparmağa ehtiyat etdin. Uduzacağına əmin idin?
- Çıxarmaq istədiyim adam səs toplamaq baxımından mənə qalib gələcəkdi. Beynimdə Nazilə Səfərli ilə mübarizə aparırdım. Çıxarmaq istədiyim iştirakçı Nazilə xanım idi.
- Onunla problemin nədən qaynaqlanıb?
- Yox, əsla. Onunla heç bir şəxsi problemim olmayıb. Ümumiyyətlə, onunla münasibətimdə də bir gərginlik yoxdu. Sadəcə, Nazilə xanım "Maşın" ətrafında olan ən güclü oyunçudur. Məhz onu özümə güclü rəqib hesab etdiyim üçün əgər "Maşın"da səs toplasaydım, onu çıxarardım. Nazilə xanım hətta onu da qeyd etdi ki, əgər ora çıxıb səs toplasan, məni çıxar, mən səndən incimərəm. Əksinə, "Maşın"dan sənin kimi xanım məni uzaqlaşdırsa, üzülmərəm. Bir də onu deyim ki, mənim şəklimi qutuya atan 3 iştirakçıdan biri də Nazilə xanım idi. Mən onu güclü, ağıllı iştirakçı olaraq gördüyüm üçün onu çıxarmaq istəmişəm.
- Maşını kim qazana bilər? Səncə, maşın kimin haqqıdır?
- Maşını güclü oyunçu olaraq bu gedişlə Ramin Nabranlı qazana bilər. Oyunçu olaraq öz strategiyası güclüdür. Fiziki gücü də maşını qazanmağa imkan verir. Amma maşın çox istərdim ki, bu 3 iştirakçıdan birinə qismət olsun. Samir Cavadzadə, Mənsur Şərifov və Taleh Yüzbəyov maşına layiq iştirakçılardı. Onların finala qalmasını çox arzulardım. Amma "Maşın" ətrafında elə oyunlar gedir ki, orda kimin strategiyası daha güclüdürsə, onların qazanmaq şansı çox olar.
Tahirə Məmmədqızı