Beynində boşluq varmış

Haradasa 20 il dərman istifadə edib
Uşaqlığından etibarən diqqətsizlik problemi olduğu diaqnozu qoyulan və dərman istifadə etməsi lazım olan qızın beynində əslində limoın böyüklüyündə bir boşluq olduğu ortaya çıxarıldı.
Haradasa 20 il dərman istifadə edən Cole Cohen adlı gənc qadın, 2007-ci ildə bir beyin tomoqrafiyası ilə şok gerçəyi öyrəndi. Həkimlər beyin tomoqrafiyasına baxdığında gördüklərinə inana bilmədi. Gənc qadının beynində limon böyüklüyündə bir boşluq vardı. Həkimlər, Colenin bu cür bir boşluq ilə yaşamasının möcüzə olduğu söyləyərək bu boşluq ön lobda olsa gənc qadının çox ciddi mental problemlər yaşaya biləcəyini ifadə etdi. Aradan 8 il keçməsinə baxmayaraq gənc qadın özünə bənzər bir problemi olan birisiylə qarşılaşmamışdı.