Beynini açdılar: Əkizi beynində böyüdü

Beynində şiş olduğu üçün əməliyyata alınan 26 yaşındakı qızın əslində əkizini beynində daşıdığı ortaya çıxdı. "Daily Mail”in xəbərinə görə oxuma və ünsiyyət qurma problemi yaşayan 26 yaşlı Yamini Karanamın beynində qoza formasında bir şiş təsbit edildi.
Aparılan araşdırmalar sonrasında şişin alınmasına qərar verən cərrahlar Yamininin beynini açdığında və şiş sandıqları şeyi çıxardıqlarında şoka düşdülər. Cərrahlar Yamininin beynindəkinin sümük, saç və dişləri olan embriyonik bir əkiz, yəni teratom olduğunu görüblər. Teratom bir şiş növüdür. Terminin mənşəyi yunancada "canavar şiş” mənasını verən bir termindir. Teratom hər üç inkişaf hüceyrəsi layını (ektoderm, mezoderm və endoderm) də ehtiva edən, dölə xas toxumalardan əmələ gəlmiş bir şişdir. Teratomlar ümumiyyətlə yumurtalıq və döldə tapılar. Beyində olmaları olduqca nadirdir. Yaminini əməliyyat edən həkimlər keçirdikləri 7000 beyin şişi əməliyyatında yalnız 2 dəfə teratoma rast gəldiklərini və bunun çox nadir olduğunu dilə gətirdi.
Qeydlərə görə teratomlarda ümumiyyətlə saç, diş və sümük olmasıyla birlikdə nadir hallarda göz, əl, ayaq və digər orqanlara da rast gəlinmişdir.