"Bəzən sahibkarlar vergi əməkdaşları ilə cinayət əlaqəsinə girməyə çalışırlar"




Millət vəkili Qüdrət Həsənquliyev vergi yükünün azaldılmasını təklif edir. 

Sherg.az-ın məlumatına görə Milli Məclisdə Vergi Məcəlləsinə dəyişiklik müzakirə olunarkən deputat deyib ki, uzun müddətdir iqtisadçılar, ekspertlər vergi yükünün çox olması ilə bağlı müzakirələr açırlar: 

"Bəzən sahibkarlar daha az vergi ödəmək üçün vergi orqanlarının əməkdaşları ilə cinayət əlaqəsinə girməyə, vergi orqanları əməkdaşlarını yoldan çıxarmağa çalışır. Hesab edirəm ki, vergi yükünün azaldılması vergidən yayınmanın qarşısının almasına xidmət edəcək. Mən xahiş edirəm ki, bu məsələyə ciddi yanaşılsın".

Anar