Ermənistanın Baş naziri Nikol Paşinyanın Rusiyaya planlaşdırılan səfərinin dəqiq tarixi hələ müəyyənləşməyib.
Sherg.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
Peskov qeyd edib ki, hazırda səfərin konkret tarixləri yoxdur.
Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin Bişkekdə keçirilən ŞƏT sammiti çərçivəsində Paşinyanla görüşüb. Görüşdən sonra Putin Ermənistan baş nazirini ikitərəfli əməkdaşlığın konkret məsələlərini müzakirə etmək üçün Moskvaya dəvət etdiyini açıqlayıb.
Oktyabrın 7-də Paşinyan telefon danışığı zamanı Putini doğum günü münasibətilə təbrik edib. Tərəflər Ermənistan-Rusiya münasibətlərinin gündəliyindəki məsələləri müzakirə ediblər.