
Bəzi ziyalılar da, düşünən beyinlər də “layk” xəstəliyinə tutulub
19:40 05.07.2016
Arxiv
1281
“Bu artıq məsələnin problem səviyyəsinə qalxması deməkdir”

"Statusumu görüb "layk”etməyənlər inşallah çayı nəlbəkiyə töküb səsli içən, yemək yeyəndə marçıldadan biriylə evlənərsiniz” - bu statusu feysbuk istifadəçilərindən biri öz səhifəsində paylaşıb. Sosial şəbəkə istifadəçiləri arasında belələri çoxdur. Hər bir sosial şəbəkə istifadəçisi gün ərzində ən azı bir iki dəfə "statuslarımı "layk” etməyənlər, buna görə axirətdə cavab verəcəksiniz”, "bu statusu bəyənməyən ermənidir” kimi qarğışlarla rastlaşırlar.
Hətta bir çoxları paylaşımlarını layk etməyən istifadəçiləri dostluq siyahısından çıxartmaqla da təhdid edir. Görünür, özlərini cəmiyyət üçün çox önəmli zənn etdiklərindən "layk” gəlməyəndə xəyal qırıqlığı yaşayırlar. Yeniyetmə və ya intellekti olmayan sosial şəbəkə istifadəçilərinin paylaşdığı hansısa status və şəkillərdən əldə etdiyi "layk”lar ucbatından özlərini həddən çox bəyənməyə başlamaları, xoşbəxt zənn etmələrini müəyyən mənada anlamaq olar. Amma ictimaiyyət arasında ziyalı kimi tanınan insanlar arasında da statusla möhtəkirlik edənlər var. Bəs, onlara nə ad verək ?! Artıq vəziyyət o həddə çatıb ki, insanlar cəmiyyətdəki problemlərdən sadəcə daha çox "layk” yığmaq xatirinə istifadə edir.
Belə çıxır ki, insanlara mövcud problem haqqında dostlarının nə düşündüyü yox, sadəcə daha çox "layk” toplamaq lazımdır? Yaxud da kimsə xoşbəxt bir anı çəkib hesabında paylaşanda, az bəyənən olarsa və bu, həmin adamın o andakı əhvalını pozursa, deməli, həmin şəxs heç də anı yaşamayıb, sadəcə şəkil çəkib paylaşmaq üçün bu addımı atıb. Görəsən, sosial şəbəkələrdə olan heyvan, insan və dünya sevgisi real həyata nə qədər yansıyır? Ya da kasıb insanlarla bağlı hər videonu, hər şəkli "layk” edən, ona şərh yazan insanlar bu problemi aradan qaldırmaq üçün hansı tədbirlərə əl atıblar? Qəzaya düşmüş insanın, bombadan evi dağılmış insanın, həmin evin qalıqları altından çıxarılmış uşaq meyitinin "layk” edilməsi nə deməkdir? Hər getdiyi yerin, yediyi yeməyin, geyindiyi paltarın şəklini paylaşmaq, "onu hiss edir”, "bunu hiss edir” yazıb dəqiqədə bir status yeniləmək və bunlar istədiyi qədər bəyənilmədikdə əhvalı pozulmaq, ya da kimsə onun paylaşdığını bəyənmədi deyə ona küsmək nəyin göstəricisidir? Axı daha çox "layk” toplamaq nə vaxtdan baş ucalığı olub?! Psixoloq Elnur Rüstəmovun sözlərinə görə, sosial şəbəkə istifadəçiləri kimisə dostluğuna qəbul edəndə onun bütün paylaşımlarını bəyənəcəyini öhdəlik götürmür: "Adam var 10 min izləyicisi var, amma paylaşdığı şəkilləri, statusları cəmisi 1000 nəfər bəyənir. Belə çıxır ki, yerdə qalan 9 mini dostluğundan çıxarmalıdır? Hesab edirəm ki, sosial şəbəkələrdəki paylaşmalara bu cür yanaşma doğru deyil. İnsanlar real həyatda biri-birləri ilə "layk” xatirinə dostluq eləmir ki? Əgər biz ziyalılar, ölkənin düşünən beyinləri də layk toplamaq xəstəliyinə tutulubsa, bu artıq məsələnin problem səviyyəsinə qalxması deməkdir”. Psixoloqun sözlərinə görə, bu, dövri bir problemdir və özünü təsdiq məqsədi daşıyır: "Bu gün kimsə sosial şəbəkədə ciddi bir paylaşım edəndə, mühüm bir mövzuya diqqət çəkəndə, həmin statusu uzağı 10 nəfər bəyənir, amma kimsə mənasız bir foto paylaşanda 100-150 "layk” gəlir. Hansı ki, həmin şəkli bəyənənlərin arasında kifayət qədər ciddi insanlar, ziyalılar da olur. Hesab edirəm ki, bu cür qeyri-ciddi məsələlərə zaman ayırmağa ehtiyac yoxdur. Axı, mən öz həyatımla, işimlə bağlı bir paylaşım edirəmsə, kiminsə onu bəyənib- bəyənməməyi məni niyə narahat etməlidir ki? Onsuz da bu paylaşım eyni anda dostluq siyahısında olan insanların hər birinin səhifəsində görünür. Kim istəyər, bəyənər, kim də istəyir oxumadan keçər. Bəziləri 3 aydan bir yazır ki, "dostluğumda təmizləmə işləri apardım, filan qədər adamı dostluq siyahımdan çıxardım”. Axı, bu statusların heç bir əhəmiyyəti yoxdur. Kiminləsə virtual dostluğuna son qoyursansa, bunu elan eləməyin nə adı var ki?!”
Şəymən
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Çin Almaniya ilə süni intellekt sahəsində əməkdaşlıq edəcək
05:25 31.10.2026
Dünya
Qırmızı xalıda opüşdülər!
04:50 31.10.2026
Şou
Hakan Fidan Marko Rubio ilə görüşdü
04:14 31.10.2026
Gündəm
Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır
03:33 31.10.2026
Sağlamlıq
"Qızıl top" səsverməsində rəsmi nəticələr açıqlandı
01:32 31.10.2026
Futbol
Erməni ombudsmandan "türk" sözü ilə bağlı - BƏYANAT
01:11 31.10.2026
Cənubi Qafqaz
ABŞ Yaxın Şərqə əlavə hərbi texnika göndərir
00:49 31.10.2026
Gündəm
ABŞ Ukraynaya 500 ədəd "Patriot" raketi satacaq
23:50 30.10.2026
Aktual
Qızılın qiyməti xeyli ucuzlaşdı
23:31 30.10.2026
İqtisadiyyat
Abbasdan Ankaranı aşağılayan addım - Türkiyə “səssiz” qaldı
23:10 30.10.2026
Dünya
Lyayen: Aİ və Kanada unikal tərəfdaşlıq yaradırlar
21:50 30.10.2026
Aktual
Aİ Ukraynaya 2027-ci il üçün 45 milyard avro yardım ayırıb
20:40 30.10.2026
Aktual
Premyer Liqa: "Sabah" səfərdə "Turan Tovuz"a məğlub olub
20:31 30.10.2026
Futbol
Mingəçevirdə qətl törədilib
20:00 30.10.2026
Hadisə