Bilet almağa tələsin: Avropa oyunları üçün olan 600 min biletin 60 faizi satılıb





İlk Avropa Oyunlarının açılış mərasiminə biletlərin 60 faizi artıq satılıb. ANS TV-nin məlumatına görə, bunu Bilet Satış Şöbəsi üzrə layihə meneceri Zaur Məmmədov bildirib. O qeyd edib ki, Avropa Oyunları üçün 600 min bilet satışa buraxılıb. İndiyə qədər isə 150 min bilet satışı olub.

Qeyd edək ki, 2015-ci ilin 12-28 iyun tarixlərində keçiriləcək Bakı 2015 Birinci Avropa Oyunları Avropa qitəsi üçün çoxsaylı idman növləri üzrə baş tutacaq çox maraqlı və innovativ yarışlar olacaq. Bakı 2015 Birinci Avropa Oyunları ümumilikdə, 20 idman növü üzrə keçiriləcək: bunlardan 16-sı Olimpiya, 4-ü qeyri-olimpiya idman növündə olacaq. Oyunlarda Avropanın müxtəlif ölkələrindən təxminən 6000 idmançının 17 yarış günü müddətində öz ölkələrini təmsil edəcəyi gözlənilir. 12 idman növü 2016-cı il Rio-de-Janeyro Olimpiya Oyunları üçün seçmə yarışlara imkan yaradacaq. Həmin idman növlərinə oxatma, atletika, boks, velosiped idmanı, atıcılıq, üzgüçülük, stolüstü tennis, taekvondo, triatlon, güləş, cüdo və voleybol daxildir.