Bill Qeytsin köməkliyi ilə 7 milyon insan həyata qaytarılıb – Öldürücü virus

Palüdizm xəstəliyi üzündən dünyada hər iki dəqiqədə bir uşaq ölür.
"Sherg.az” "sciencesetavenir.fr”ə istinadən xəbər verir ki, bu xəstəlik 2000-ci ildən etibarən yayılmağa başlayıb. 2016-cı ildə isə bu xəstəliyə yoluxanların sayı artan xətt üzrə inkişaf etməyə başlayıb. 2016 -cı iləd 216 milyon insan bu xəstəliyə yoluxub. 
Onlardan 445 mini dünyasını dəyişib. Ölənlərin əksəriyyətini azyaşlı uşaqlar və hamilə qadınlar təşkil edib. Daha çox Afrikada geniş yayılan bu xəstəliyə görə hər il 12 milyard dollar xərclənir.
2000-2015-ci illər ərzində bu xəstəlikdən ölənləri sayı 60 faiz azalıb.
7 milyon insan həyata qaytarıldı. Bu xəstəliyin qarşısının alınmasına üçün 1999-cu ildən etibarən Microsoft şirkətinin yaradıcısı, dünyanın ən zəngin şəxslərindən olan Bill Qeyts xeyli məbləğdə vəsait xərcləyib. Xəstəliyin önlənməsi məqsədilə proqram hazırlanıb və bu proqram davam etdirilir.
Tərcümə etdi: Ayyət Əhməd