Bir böyrəyindən 250 parça daş çıxıb

Mersində TIR sürücüsü 34 yaşlı Barış Tuncun tək böyrəyindən çıxan 250 parça daş həkimləri belə şoka saldı. Barış Tunc uzun müddət idi ki, ağrı, tempratur və halsızlıqdan şikayət edirdi.
Nəhayyət o Mersindəki xəstəxanaya müraciət edib. Tuncu müayinə edən və sol böyrəyini tamamilə dolduran daşları təsbit edən Üroloji mütəxəssisi Opr.Dr. Mehmet Ali Kılıç təcili əməliyyat qərarı verib. Təxminən 2.5 saat davam edən əməliyyatda irili, xırdalı 250 parça daş çıxarıldı. Mehmet Ali Kılıç, fəaliyyəti boyunca böyrək daşı əməliyyatında ilk dəfə bir xəstədən bu qədər çox daş çıxardığını söyləyir. Xəstənin artıq böyrəyini itirəcək vəziyyətə gəldiyini ifadə edən dr. Kılıc, belə davam edir: "Daşları görər- görməz dərhal müdaxilə etdik. İlk dəfə bu qədər daş çıxarılan böyrək daşı əməliyyatı reallaşdırdım. Çıxardığım hər daşdan sonra təəccüb məni bürüdü, çünki irili, xırdalı 250-dən çox daş çıxardım. Qrupumla birlikdə müvəffəqiyyətli bir əməliyyat gerçəkləşdirdik. Açıq əməliyyatla bu qədər daş çıxarılmışdı, amma bağlı əməliyyatla birdəfəyə bu qədər daşın çıxarılması nadir halda görünür. Xəstəmiz bir gün sonra xəstəxanadan buraxılaraq normal həyatına dönüb”. Tunc isə, böyrəyindən çıxan daşları görüncə gözlərinə inana bilmədiyini söyləyir.