"Bir gecə qəfildən Sincara girərik" - Ərdoğan
14:43 19.03.2018
Arxiv
806
"Afrində asayiş və dinclik təmin olunana qədər orada fəaliyyətimizi davam edəcək".
APA-nın NTV-yə istinadən verdiyi məlumata görə, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
O bildirib ki, Türkiyə Hatay və Kilisə raketlərin atılması səbəbindən Afrinə girəcəyini deyib və girib: "Hər an qəfil gələrik dedik. Gəldik və bu vəziyyətə kimi gətirdik. Bu günə kimi 3622 terrorçu zərərsizləşdirilib. Dünən səhər sonuncu əməliyyat yerinə yetirildi. Hazırda Azad Suriya Ordusu bizim əsgərlərlə birlikdə əldəqayırma bomba və terrorçuların axtarışını həyata keçirir. Əmin olduğumuz ana qədər bu proses davam edəcək. Oranın xalqı oraya sakit şəkildə girəcək və girməyə başlayıb. Söhbət 500 minlik əhalisi olan yerdən gedir. Bunun davamı var. Onlar da həll olacaq. Bizim dərdimiz işğal deyil. Dərdimiz terrorçulara qarşı təmizlik həyata keçirmək və onların ölkəmizə təhdidinin qarşısını almaqdır”.
R. T. Ərdoğan Türkiyənin İraqın Sincar bölgəsinə girəcəyini də istisna etməyib: "Biz mərkəzi hökumətə dedik ki, bu məsələni həll edin. Bir gecə qəfildən Sincara girərik və oradakı PKK-çıları təmizləyərik. Onlar bizə dedilər ki, sizə xəbər edəcəyik. Lakin hələ də xəbər etmirlər. Bu məsələ uzanarsa, yeni bir "Zeytun budağı” əməliyyatı ola bilər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Sahibə Qafarova Pan-Afrika Parlamentinin Prezidenti ilə görüşüb
17:19 16.09.2026
Gündəm
İran diplomatı İsveçdən qovuldu
17:07 16.09.2026
Dünya
Hakan Fidan Abbas Əraqçi ilə telefon danışığı aparıb
16:42 16.09.2026
Gündəm
Lavrov Türkiyənin adını çəkərək Ermənistana xəbərdarlıq etdi
16:17 16.09.2026
Gündəm
Putin bu gün rusiyalılara müraciət edəcək
15:30 16.09.2026
Gündəm
Cəlilabadda 18 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
15:27 16.09.2026
Hadisə
Alen Simonyan: İki gündən bir Hikmət Hacıyevlə danışıram
15:00 16.09.2026
Gündəm
Hərbi xidmət: 6 ay, ödənişli, həm də... - Mühüm
14:13 16.09.2026
Aktual
Sumqayıtda dənizdə meyit tapıldı
14:06 16.09.2026
Hadisə
Putin Dumaya seçkilərlə bağlı Rusiya vətəndaşlarına müraciət edəcək
14:04 16.09.2026
Dünya
Rusiyanın Su-24 təyyarəsi məhv edildi
14:02 16.09.2026
Dünya
Livan Prezidenti: İsraillə razılaşmaq istəyirik
13:53 16.09.2026
Dünya
Abbas Əraqçi: ABŞ ilə münaqişəni davam etdirmək istəmirik
13:38 16.09.2026
Gündəm
Aİ Kanadaya blokun ilk assosiativ üzvü olmağı təklif edib
12:47 16.09.2026
Gündəm