“Bir kəmər, bir yol” forumu Azərbaycan üçün əhəmiyyətlidir, çünki...”

İlqar Vəlizadə: "...Bu layihə 3 hissədən- şimal, mərkəzi və cənubdan ibarətdir. Mərkəzi hissədən ibarət olan layihə Azərbaycanla bağlıdır"“Prezidentin səfəri ilk olaraq iqtisad-ticarət əlaqələrinin güclənməsinə zəmin yaradacaq”
"Prezidentin Çinə səfəri yalnız Azərbaycan-Çin münasibətlərinin deyil, eyni zamanda digər ölkələrlə olan münasibətlərin də inkişafına təkan verəcək”.
Bu barədə "Sherg.az”a politoloq İlqar Vəlizadə deyib.
Onun qənaətincə, ölkəmizdə nəqliyyatla bağlı önəmli layihələr həyata keçirilir:
"Bu layihələrdən bəhrələnmək istəyən ölkələrdən biri də Çin Xalq Respublikasıdır. Çinin investorları dəfələrlə Azərbaycana səfər ediblər. Son illərdə ölkəmiz nəqliyyat infrasturukturunu yüksək səviyyədə qurub. Hətta Azərbaycan bu sahədə digər ölkələrə də yardımlar göstərir. Məsələn, qonşu Gürcüstana "Bakı-Tbilisi-Qars” layihəsi ilə bağlı müəyyən inqridentlər verilib.
Çində "Bir kəmər, bir yol” beynəlxalq forumununun keçirilməsi Azərbaycan üçün əhəmiyyətlidir. Çünki bu layihə 3 hissədən- şimal, mərkəzi və cənubdan ibarətdir. Mərkəzi hissədən ibarət olan layihə Azərbaycanla bağlıdır. Son illər ərzində bu dəhliz genişlənir və yeni imkanlar yaranır. Prezidentin səfəri ilk olaraq iqtisad-ticarət əlaqələrinin güclənməsinə zəmin yaradacaq”.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Çin Xalq Respublikası Sədrinin dəvəti ilə 2-ci "Bir kəmər, bir yol” beynəlxalq forumunda iştirak etmək üçün aprelin 24-də bu ölkəyə işgüzar səfərə gəlib.
Yeganə Bayramova