Bir kəndə ildırım kimi düşən faciə: “Ata-anasını öpmədən evdən çıxmazdı”
15:38 13.03.2018
Arxiv
4130
Müşfiq ailənin tək oğul övladı olub. Üç bacının tək qardaşı, ata-anasının ümidi idi. Atası bu yaxınlarda evləndirəcəkdi. Bütün arzuları ürəklərdə qoyub getdi.
Söhbət dünən Şabranda baş vermiş intihar hadisəsindən gedir. Gəndob kənd sakini, 1993-cü il təvəllüdlü İbrahimov Müşfiq Mənsur oğlu elə atasının gözü qarşısında özünü güllələyərək öldürüb.
Hadisənin təfsilatlarını öyrənmək üçün Lent.az-ın əməkdaşı Gəndoba yollanıb.
Gəndoba çatanda Müşfiq artıq dəfn olunmuşdu. Onun ölümü sevənlərini yasa boğmuşdu. Qonşular da hadisənin şokundan çıxa bilməmişdilər.
Bizi kəndin icra nümayəndəsi Cavanşir müəllim qarşıladı. Müşfiqin atasının və anasının gecə səhərə qədər yatmayıb ağladıqlarını, ruhi sarsıntı vəziyyətində olduqlarını deyərək, onların bu hadisə ilə bağlı danışmaq iqtidarında olmadıqlarını və jurnalistlərlə görüşmək istəmədiklərini dedi. Anlayışla qarşıladıq. Ailənin faciəsini başa düşür, övlad itirməyin acısını dərk edir, hörmətlə yanaşırıq.
Cavanşir müəllim deyir, Müşfiq elə-belə oğul deyildi: "Çox tərbiyəli, gənclərə nümunə idi. Ata-anasını öpmədən evdən çıxmazdı. Mehriban idi. Ali təhsil almasa da, yüz ali təhsilliyə dəyərdi. Ağıllı uşaq idi. Pul desəm? Müşfiqin işləməyə belə ehtiyacı yox idi. Mənsur kişinin bütün malı-mülkü Müşfiqin idi”.
Müşfiqdən danışdıqca Cavanşir müəllimin gözləri yaşarır.
"Bəs bu gənci canına qəsd etdirən səbəbi nədir?” sual qarşısında Cavanşir müəllim də aciz qalır. Əllərini göyə açıb çiyinlərini çəkir:
- Allah bilir... Müşfiqin nəyi çatışmırdı ki? Hər şeyi vardı.
- Sevdiyi qız vardı?
- Bilmirəm, qızım, bilmirəm.
İlkin məlumata görə, Müşfiq intiharını əvvəlcədən planlaşdırıb. Doğum gününü qeyd edəndən sonra evdəki ov tüfəngini başına dirəyən Müşfiqi atasının yalvarışları da fikrindən döndərə bilməyib. Yaşlı adam gözünün ağı-qarası tək oğlunu dilə tutsa da, Müşfiq atasının gözü önündəcə özünə atəş açıb. Yerindəcə keçinən gənc ölməmişdən əvvəl atasında halallıq da istəyib.
Ata-anasını sevən, kənd camaatının diliylə desək, sakit, tərbiyəli, böyük sözü eşidən bu gənci özünü öldürməyinə vadar edən səbəb nə olub?
Bunu zaman və istintaq aydınlaşdıracaq. Bizə isə bu məsum gəncin ruhuna dua etmək qalır. Allah rəhmət eləsin...
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Trabzonspor”u çalışdıra bilər
00:10 17.09.2026
Futbol
Turqutluda Bakının azad edilməsinin 108-ci ildönümü qeyd olunub
23:59 16.09.2026
Tarix
Sabah bu rayonlarda işıq olmayacaq
23:51 16.09.2026
Cəmiyyət
İmişlidə zəlzələ olub
23:36 16.09.2026
Hadisə
Yevlaxda şəhidin xanımı 4-cü mərtəbədən yıxılaraq ölüb
22:59 16.09.2026
Hadisə
Azərbaycan effektli, ölçülü-biçili siyasət aparır - ŞƏRH
22:37 16.09.2026
Gündəm
Paşinyan: Kərkiyə Kərki dedim, çünki bu, Kərkidir
22:33 16.09.2026
Cənubi Qafqaz
Təhsil xərclərində 1,6 faiz artım olacaq
22:04 16.09.2026
İqtisadiyyat
Manat gələn il də sabit qalacaq
21:48 16.09.2026
İqtisadiyyat
Azərbaycan gələn il üzrə hərbi xərcləri açıqlanıb
21:21 16.09.2026
İqtisadiyyat
İsveçrədə yüngül təyyarə qəzaya uğrayıb, 3 nəfər ölüb
20:53 16.09.2026
Dünya
Azərbaycan səfiri Lavrovun müavini ilə görüşüb
20:38 16.09.2026
Gündəm
“Mahan Air”in Türkiyə və Omana bəzi uçuşları ləğv edilib
20:28 16.09.2026
Dünya
Uşaqlar yatmazdan əvvəl ekrandan uzaq tutulmalıdır
20:21 16.09.2026
Sağlamlıq
Fransada yanacaq təchizatında problemlər yaranıb
19:50 16.09.2026
Dünya
14 yaşlı Yasin həyətində qəfil vəfat edib
19:38 16.09.2026
Hadisə