Bizdə bahalaşma inhisarla bağlıdır
08:45 31.10.2017
Arxiv
678
Fransada yağ qıtlığının yaranmasının Azərbaycanla heç bir əlaqəsi yoxdur
Son günlər Avropanın aqrar sahədə ən inkişaf etmiş ölkələrindən olan Fransada ciddi yağ qıtlığı yaranıb. Kərə yağı nəinki kəskin bahalaşıb, üstəlik mağazaların piştaxtalarından da yoxa çıxıb.
The Guardian qəzeti yazıb ki, Fransada kərə yağı qıtlığı şirniyyatçıları çətin vəziyyətə sala bilər. Qıtlığın müxtəlif səbəblərinin olduğu deyilir, lakin fermerlər, qida istehsalçıları və şirniyyatçılar daxil olmaqla kərə yağından külli miqdarda istifadə edən şirkətlər və şəxslər bu problemə görə aylardır ki, şikayət edirlər.
Qıtlığa əsas səbəblərdən biri azalan süd istehsalı və dünyada artan süd tələbatıdır. Sənayedə istifadə edilən bir ton kərə yağının qiyməti 2016-cı ilin aprel ayında 2 min 500 avro idi. Bu ilin yay aylarında isə bu qiymət 7 min avroya çatıb.
Azərbaycanda kərə yağının kəskin bahalaşmasının Fransadakı böhranla əlaqəli olub-olmadığını şərh edən iqtisadçı-ekspert Fuad İbrahimovun sözlərinə görə, Fransada yaşanan bahalaşma və yağ qıtlığının yaranması ilə Azərbaycanın ərzaq bazarında baş verən hadisələrin heç bir əlaqəsi yoxdur: "Ən azından aradakı zaman fərqi bunu deməyə əsas verir. Fransada yağ qıtlığının yaşanması ilə bağlı məlumat cəmisi bir neçə günün xəbəridir. Həm də ki, ölkənin statistik göstəricilərində bu qıtlıq xüsusi bəndlə göstərilməyib”.
Azərbaycanda yağın qiymətinin dinamik şəkildə artmasının isə bir çox göstəriciləri olduğunu vurğulayan iqtisadçı deyib ki, bu ilk növbədə manatın devalvasiyaya uğraması nəticəsində idxal olunan məhsulların qiymətinin qalxması ilə bağlıdır:
"Yerli istehsal olsa belə müəyyən komponentlər məhsulun idxal amilindən asılı olur. Bahalaşmaya səbəb olan digər amil isə bu sahədə hökm sürən inhisardır. Son dövrlər ölkənin kənd təsərrüfatı sahəsində müəyyən irəliləyişlər nəzərə çarpır. Heyvandarlığa xüsusi diqqət göstərilir. Buna rəğmən, məhsulun qiymətinin qalxması göstərir ki, yağın bahalaşmasının xarici ölkələrdə baş verən proseslərlə elə bir əlaqəsi yoxdur. Növbəti rübdə Fransadakı bu vəziyyət dəyişilə bilər, belə çıxır ki o zaman Azərbaycanda da yağın qiyməti aşağı düşəcək? Xeyr, bizdə dinamik artımdır”.
Şəymən
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tovuz və Gədəbəyin ucqar dağ kəndlərinə qar yağır
19:06 08.11.2026
Ekologiya
Moskvada yeni dəb: Mənzil almadan bahalı evləri gəzməyə gedirlər
18:52 08.11.2026
Maraqlı
Arda Gülərə tərif yağışı: "“Real Madrid"in vitamin mənbəyidir!”
18:42 08.11.2026
Futbol
Ədliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib
18:20 08.11.2026
Gündəm
Xankəndidən verilən Zəfər mesajı -TƏHLİL
18:07 08.11.2026
Aktual
Böyük Britaniya Kralı ilk dəfə Çinə səfər edə bilər
17:56 08.11.2026
Dünya
Fransa Ukrayna ilə bağlı Əbu-Dabi danışıqlarında iştirak edəcək
17:31 08.11.2026
Dünya
Müdafiə naziri Zakir Həsənov COVID-19-a yoluxub
17:28 08.11.2026
Gündəm
"Mən Cənab Prezident İlham Əliyevlə qürur duyuram" - Yücel Karauz
17:24 08.11.2026
Gündəm
Ərdoğan: “Bakının sevinci Ankaranın sevincidir”
16:40 08.11.2026
Gündəm
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya