“Bizə deyirlər ki məsələyə siyasi yox, hüquqi tərəfdən baxın”





"Qeydiyyat proseduru Rusiyanın və onun müvafiq orqanlarının qanuni haqqıdır”.

Sherg.az-ın məlumatına görə, bu sözləri parlamentin iclasında Azərbaycan-Rusiya parlamentlərarası Dostluq Qrupunun sədri, deputat Əli Hüseynli Ümummrusiya Azərbaycanlıları Konqresinin qeydiyyatının ləğv olunmasından danışarkən deyib. 

O xatırladıb ki, ötən ilin dekabrında konqresin növbəti qurultayı keçirildi və hörmətli professor Fazil Qurbanov onun sədri seçildi: 

"Qurultaydan sonra yeni rəhbərlik qurumun sənədlərinin Rusiya qanunvericiliyinə uyğunlaşdırılması üzərində işə başladı. Ancaq onların işlərini başa çatmasını gözləmədən Ədliyyə Nazirliyi qurumun ləğvi ilə bağlı Ali Məhkəməyə müraciət etdi. Rusiyalı soydaşlarımız da bundan narahat olduqlarını deyirlər. Amma bizə deyirlər ki, hələlik məsələyə siyasi müstəvidə baxmayın, hüquqi tərəfdən baxın.
Əslində isə araşdırsaq görərik ki, Rusiyanın özünün də qanunvericiliyində müəyyən səhvlər var. Eyni zamanda, "Azərbaycan rus icması”nın sənədlərində də səhvlər var. Amma bizim Ədliyyə Nazirliyi onlarla əməkdaşlıq edir və onun ləğvi barədə heç düşünmür. Ancaq Rusiyanın Ədliyyə Nazirliyinin heç bir əsas olmadan və gözlənilmədən bu qurumun ləğvi ilə bağlı qərar verməsi bizdə suallar yaradır”.

Anar