"Bizimkilər qondarma Qarabağın “bayrağını” cıraraq ayaq altına atıb"

Ukraynada idmançılar arasında kütləvi davaya ermənilər səbəb olub


"Həmişə olduğu kimi ermənilər məğlubiyyəti həzm edə bilməyiblər". Bunu ANS PRESS-ə açıqlamasında Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova deyib. Nazirlik rəsmisi Ukraynada Kunq Fu və Uşu üzrə keçirilən Avropa Çempionatında azərbaycanlı və erməni idmançılar arasında baş verən kütləvi davaya münasibət bildirib.

O deyib ki, hadisə azərbaycanlı idmançının qələbə qazanmasından sonra baş verib.


"Ona görə də erməni komandası təxribata əl atıb. Onlar qondarma Dağlıq Qarabağ Respublikasının "bayrağını" qaldırıb. Bu isə Azərbaycan komandasının etirazına səbəb olub və komandalar arasında dava düşüb.

Xüsusilə vurğulamaq istəyirəm ki, bizimkilər onları döyərək qaldırılan "bayrağı” əllərindən alıb cıraraq ayaq altına atıblar".