BMT-də keçiriləcək Qarabağ görüşünün heç bir əhəmiyyəti olmayacaq
20:33 16.09.2016
Arxiv
419
“Əcnəbi dövlətlərdən daha artığını gözləmək lazım deyil”
"BMT-də Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı görüş gözlənilir”. Bunu ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta deyib. Səfir bildirib ki, Amerika həmsədrlər və tərəflərlə birlikdə münaqişənin həlli istiqamətində çalışır:
"ABŞ münaqişənin həllini vacib hesab edir. Regionda sabitlik, sülh və rifahın təmin olunması üçün tərəflər bir araya gəlməli və bu istiqamətdə çalışmalıdır. Biz Azərbaycan hökuməti ilə problemin həlli istiqamətində çalışırıq”. Gözlənilən görüşlə bağlı "Şərq”ə danışan millət vəkili Elman Məmmədov bildirib ki, BMT-də keçiriləcək aşağı və ya yuxarı səviyyəli görüşlərin heç bir faydası, əhəmiyyəti olmayacaq. Çünki qurumun indiyə qədərki fəaliyyəti, təsir gücü göz önündədir: "BMT Amerika, İngiltərə, Almaniya, Fransa və başqa böyük dövlətlərin "muzdlu” qurumudur. Bu dövlətlər istəmədiyi müddətcə birliyin heç bir qətnaməsi həyata keçməyəcək. Sadaladığım ölkələrin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeləri ortadadır. Dünyanın güclü dövlətləri ermənilərin xeyrinə çalışır və düşmənə vaxt qazandırırlar. Həmsədrlər "müharibə yolu ilə münaqişənin həlli yoxdur” şüarını əllərində bayraq edərək turist kimi gəzirlər. Əlbəttə, biz də sülhün tərəfindəyik, amma 24 ildir danışıqlar nəticə vermir, torpaqlarımız işğaldan azad olunmur. Sadəcə aprel ayında hərbi əməliyyatlara başladıqdan sonra torpaqlarımızın müəyyən hissəsini düşməndən təmizləyə bildik. Deməli, indiki məqamda həyasız ermənilərlə ancaq hərb dilində danışmaq lazımdır. Düşmən gücümüzü gördükdən sonra sülhə məcbur olacaq, əks halda məhv olacaq”. Deputatın sözlərinə görə, Rusiya 2008-ci ildə Gürcüstanla müharibəyə başladı və bu yolla Gürcüstanı sülhə məcbur etdiyini bildirdi: "Onda Moskva imkan versin, biz də savaş yolu ilə Ermənistanı sülhə vadar edək. Qeyri-səmimi üç həmsədr dövlət də işğalçı erməniləri torpaqlardan çıxmağa çağırsınlar. Ayrı yol yoxdur. Əslində əcnəbi dövlətlərdən daha artığını gözləmək lazım deyil. Çünki işğal olunan torpaqlar, dağıdılan evlər, qaçqın düşən insanlar onların yox, bizimdir. Ona görə də ABŞ və Rusiya rəsmilərinin görüşməsi, xarici işlər nazirlərinin müzakirə aparması, müxtəlif qurumlarda boş-boş toplantıların keçirilməsi münaqişənin həllinə təsir göstərmir. Vasitəçilər müharibəyə razılıq vermirlər. Bilirlər ki, müharibə başlasa, ermənilər darmadağın olacaq. Buna baxmayaraq, aprel savaşını ara-sıra təkrarlayaraq, düşmənə və onların arxasında duran güclərə "qulaqburması” verməliyik. Unutmayaq ki, işğalın uzanması bizə xeyir yox, ziyan verir. Düşmən hər gün torpaqlarımızı, resurslarımızı, mədəniyyət ocaqlarımızı, abidələrimizi mənimsəməklə məşğul olur. Buna son vermək lazımdır”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bakı-Vyentyan xəttində yeni gediş: Azərbaycan Asiyaya açılır
14:17 15.10.2026
Gündəm
Səidə Mirziyoyeva Bayraktarla görüşdü
14:01 15.10.2026
Dünya
Əhaliyə xəbərdarlıq: Bu gündən başlayır, 2 gün davam edəcək...
13:54 15.10.2026
Ekologiya
Paşinyan: Ermənistanın Rusiya ilə münasibətləri heç vaxt soyumayıb
13:29 15.10.2026
Dünya
Husilər Mədinəyə hücum etdilər
13:27 15.10.2026
Dünya
Tacikistan Prezidenti AQEM-də bir sıra təkliflərlə çıxış edib
13:26 15.10.2026
Gündəm
Paşinyanın sülh mükafatı kimi aldığı pul bank hesabına köçürüləcək
13:11 15.10.2026
Gündəm
Paşinyan Azərbaycanla sülhü 2031-ci ilə saxlayır
12:23 15.10.2026
Gündəm
Azərbaycanda “Rəqəmsal rabitə” informasiya sistemi yaradılır
12:20 15.10.2026
Gündəm
İlham Əliyev: Laosun AQEM-ə üzvlüyünü yüksək qiymətləndiririk
12:19 15.10.2026
Gündəm
İshaq Dar Bakıda olan Hakan Fidana zəng etdi
11:38 15.10.2026
Dünya
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir
11:35 15.10.2026
Gündəm