BMU-nun Tələbə Elmi Cəmiyyətinin hesabat yığıncağı keçirilib - Fotolar
12:53 01.10.2019
Arxiv
595
Bakı Mühəndislik Universitetinin (BMU) Tələbə Elmi Cəmiyyətinin (TEC) 2018/2019-cu il üzrə hesabat yığıncağı keçirilib. Tədbirdə universitetin rəhbərliyi və TEC-in üzvü olan tələbələr iştirak edib.
Məlumat üçün bildirək ki, BMU-da tədrisin keyfiyyəti ilə yanaşı, tələbələrin hərtərəfli kadr kimi yetişməsi üçün lazımi şərait yaradılıb. Universitetdə tələbə təşkilatları, sosial və elmi tələbə klubları fəaliyyət göstərir. Hər bir təşkilat və klub il ərzində fəaliyyət istiqamətinə uyğun işlər görür, ilin sonunda universitet rəhbərliyi və tələbələr qarşısında hesabat verir. Universitet həyatında fəallığı ilə seçilən tələbə təşkilatlarından biri də 2017-ci ildən fəaliyyət göstərən TEC-dir.
BMU TEC-in sədri, universitetin Kimya müəllimliyi (ingiliscə) ixtisasının tələbəsi Mahtəb Abbasova il ərzində təşkilatın gördüyü işlərdən danışıb. Bildirib ki, təşkilat üzvləri yerli və beynəlxalq konfranslarda və layihələrdə fəal iştirak edib, tələbələr üçün elmi seminarlar təşkil olunub. Görülən işlərin ətraflı təqdimatını keçirən sədr onu da qeyd edib ki, təşkilatın fəaliyyəti barədə mütəmadi olaraq ictimaiyyətə informasiyalar verilib.
BMU-nun rektoru, professor Havar Məmmədov TEC-in fəaliyyətini müsbət qiymətləndirib. Rektor ali təhsil müəssisələrinin tələbələrinə yüksək bilik verməklə yanaşı, onların hərtərəfli kadr kimi yetişməsinə də şərait yaratmalı olduğunu və bu işlərin BMU-da yüksək səviyyədə təşkil edildiyini diqqətə çatdırıb. Gəncləri daha aktiv olmağa çağıran H.Məmmədov Prezident İlham Əliyev tərəfindən gənclərə göstərilən xüsusi diqqət və qayğıdan bəhs edib.
BMU-nun Elmi işlər üzrə prorektoru Elçin Suleymanov çıxış edərək TEC-in hesabat ilinin uğurlu olduğunu vurğulayıb, bu münasibətlə TEC İdarə Heyəti üzvlərini təbrik edib. Prorektor bildirib ki, digər universitetlərdən fərqli olaraq BMU-da tələbə təşkilatlarına rəhbərliyi tələbələr özləri həyata keçirirlər.
Tədbirin sonunda universitet tərəfindən TEC-in rəhbər heyəti və fəal üzvlərinə hədiyyə və sertifikatlar təqdim olunub.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Billi Ayliş “Spotify”da rekord qırır
05:25 04.11.2026
Şou
Xırdalanda itkin düşən 12 yaşlı qız tapılıb - YENİLƏNİB
04:19 04.11.2026
Hadisə
Türkiyədə narkotik vasitələri təbliğ edən 19 nəfər saxlanılıb
02:50 04.11.2026
Region
Lamin Yamal Mbappenin rekordunu qırdı
01:21 04.11.2026
Futbol
Yunus Əmrənin yeni əlyazması tapıldı
00:38 04.11.2026
Ədəbiyyat
Neft ucuzlaşdı
00:20 04.11.2026
İqtisadiyyat
Xırdalanda 12 yaşlı uşaq itkin düşüb
23:59 03.11.2026
Hadisə
Bakıda həyət evləri də bahalaşdı
23:30 03.11.2026
İqtisadiyyat
İsmayıl Bəqai: ABŞ ilə razılaşma üzrə yeni irəliləyiş yoxdur
23:13 03.11.2026
Region
Lukaşenko Trampı BMT-nin baş katibi vəzifəsinə təklif etdi
22:54 03.11.2026
Gündəm
Zelenskinin sabiq mətbuat katibi dövlətə xəyanətdə ittiham olunur
22:33 03.11.2026
Dünya
İran ABŞ-ın təklifini qəbul etmədi: “Bizi razı sala bilmədilər”
22:15 03.11.2026
Gündəm
Gəncə sakini yaşlı xalasını öldürməkdə şübhəli bilinir
21:59 03.11.2026
Hadisə
Emre Belözoğlu "Fənərbağça"nın yeni baş məşqçisi oldu
21:47 03.11.2026
Futbol
ABŞ-da aralıq seçkiləri keçirilir
21:36 03.11.2026
Gündəm
Sabah Şərurun 18 kəndində işıq kəsiləcək
21:25 03.11.2026
Cəmiyyət