Böhran son həddə yaxınlaşır
08:25 09.04.2021
Arxiv
594
Ermənistanda insan haqları pozulur, beynəlxalq təşkilatlar da səsini çıxartdı
“Amnesty International” beynəlxalq qeyri-hökumət təşkilatı Ermənistanla bağlı 2020−2021-ci illər üzrə məruzəsini təqdim edərkən onlar haqqında heç də yaxşı fikir bildirməyib...
Məruzədə qeyd edilir ki, ölkədə koronavirus pandemiyasına görə tətbiq olunmuş fövqəladə vəziyyət rejimi fikir ifadəsi və sərbəst toplaşma azadlığını məhdudlaşdırıb.
Ermənistanın ikinci Qarabağ müharibəsində məğlubiyyəti ölkədə siyasi həyəcanlara və baş nazirin istefası çağırışlarına gətirib çıxarıb, siyasi böhrana səbəb olub. Noyabrın 12-də baş verən qarışıqlıqlarda iştiraka görə 12 müxalifətçi həbs edilib. Qarışıqlıqlar zamanı baş nazirin iqamətgahı dağıdılıb, parlamentin spikeri qəzəbli kütlə tərəfindən amansızcasına döyüldükdən sonra xəstəxanaya yerləşdirilib.
Qeyd edilir ki, ölkədə hakimiyyət tərəfindən söz verilmiş məhkəmə və anti-korrupsiya islahatları dayandırılıb. Bu isə bir sıra fəsadlara yol açıb.
İslahatların gedişinə, həmçinin, Qarabağ münaqişəsi və pandemiya da təsir edib. Konflikt, pandemiya iqtisadiyyata və səhiyyə sisteminə dağıdıcı təsir göstərib.
Xəstəxanalar və ümumilikdə səhiyyə sektoru yüklənib. Onlar pandemiya və hərbi əməliyyatlar zamanı pasiyentlərin, yaralı hərbçilərin artan sayının öhdəsindən çətinliklə gəlib.
Məruzədə Ermənistanın ikinci Qarabağ müharibəsi zamanı beynəlxalq humanitar hüquqla qadağan edilmiş kasetli bombalardan istifadəsi, mülki insanların yaşadığı Bərdə şəhərinin atəşə tutulması qeyd edilib.
Fövqəladə vəziyyət rejimi çərçivəsində 20-dən çox insanın toplaşması və pandemiya haqqında "qeyri-rəsmi informasiya"nın yayılması qadağan olunub. Hakimiyyət 20 nəşrə " əhali arasında çaxnaşmanın yayılmasına töhfə" verdikləri məlumatları düzəltməyə və ya silməyə məcbur edib. Yerli və beynəlxalq insan haqları təşkilatlarının sərt tənqidlərindən sonra media məhdudiyyətləri aradan qaldırılıb.
Məsələ ilə bağlı politoloq Məhəmməd Əsədullazadə öz fikirlərini "Şərq"ə bildirib: "Ermənistanda hazırda siyasi böhran davam edir. Hakimiyyət opponentlərinə qarşı siyasi təqib və həbs həyata keçirir. Qeyd edim ki, bəynəlxalq insan hüquqları təşkilatları daima Azərbaycana qarşı bu tipdə tənqidi bəyanatlar qəbul edirdi. Amma Ermənistana müəyyən qədər loyallıq göstərirdilər.
Hazırda isə bu ölkədə həbslər, Paşinyanın mətbuata qarşı təzyiqləri, seçki öncəsi ölkədə mətbuata qarşı total hücumlar geniş vüsət alıb. Məhz seçkilər yaxınlaşdıqca bu təzyiqlərin artması mümkündür.
Nikol Paşinyan qərbin adamı kimi Ermənistanda demokratiyanı bərqərar edəcəyinə söz vermişdi. Amma biz bunun tərsini görürük. Ona görə də belə bir yanaşma artıq beynəlxalq təşkilatların öz hesabatında da əksini tapır.
Ermənistanda demokratiya yox, onun dəyərlərinə qarşı məhz demokrat lider mübarizə aparır.
Ona görə də sərt təpki ilə üzləşir. Belə davam edəcəksə, Ermənistan regionda ən pis demokratik ölkə statusunu alacaq".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Sabahın havası meteohəssas insanlar üçün əlverişlidir
18:48 26.07.2026
Sağlamlıq
KİV: ABŞ İrana hücumları müvəqqəti dayandırıb
18:09 26.07.2026
Dünya
Britaniyanın Baş naziri: Lazım gələrsə, Trampla razılaşmayacağam
16:25 26.07.2026
Dünya
Putin mobil telefonlardan istifadə etmir - Peskov
16:00 26.07.2026
Dünya
Netanyahu Vaşinqtonda Trampla İran məsələsini müzakirə edəcək
15:08 26.07.2026
Dünya
ABŞ İranın raketlərini qəsdən buraxır - KİV
14:51 26.07.2026
Gündəm
“Beşiktaş”ın Salaha etdiyi təklifin detalları bəlli oldu
14:34 26.07.2026
Futbol
Husilər Yəməndə “Bayraqdar” vurdular
14:17 26.07.2026
Dünya
Sabah Abşeron çimərliklərində hava küləkli olacaq
13:22 26.07.2026
Cəmiyyət
Sabah Azərbaycanda 40 dərəcə isti olacaq
12:49 26.07.2026
Ekologiya
Nəriman Həsənzadə süni tənəffüs aparatına qoşulub
12:35 26.07.2026
Ədəbiyyat
Faktiki hava: 39 dərəcə isti qeydə alındı
11:30 26.07.2026
Ekologiya
İlham Əliyev Maldiv Prezidentini təbrik edib
11:14 26.07.2026
Rəsmi
Əraqçi: İranın region ölkələri ilə düşmənçiliyi yoxdur
10:45 26.07.2026
Region
Husilər Səudiyyə Ərəbistanına raket və PUA-larla hücum edib
10:30 26.07.2026
Dünya