Borçalı “Elat” bayramına hazırlaşır

“Mübarizəmizi davam etdiririk, geri çəkilməyəcəyik”



"Təəssüf ki, yasaq hələ də ortadan qaldırılmayıb. Buna rəğmən mübarizəmizi davam etdiririk."
Bu sözləri "Şərq”ə bir müddətdir ki, Gürcüstana - ata-baba yurduna buraxılmayan "Borçalı” Cəmiyyətinin sədri Zəlimxan Məmmədli deyib. O bildirib ki, artıq Borçalı insanları da bu məsələdən narahatdır: "Gürcüstanın müəyyən qurumları birgə yaşayışın təməllərinə xaincəsinə zərbə vurdular. Burada rəsmi Tiflisin xeyrinə heç bir amil yoxdur. Əksinə, bu ölkənin milli təhlükəsizliyinə təhdidlər var. O hədələrin imzasını isə Gürcüstan tərəfinin özü qoyub. Amma yenə də ənənəvi yolumuzdayıq”.

Təşkilat sədrinin sözlərinə görə, cəmiyyətin tərəfdaşları "Elat” bayramına hazırlaşır: "Gürcüstan bunu qəbul etməlidir. Mənə elə gəlir ki, sözügedən ölkənin sağlam təfəkkürlü insanları bu məsələdə bizlə bir yerdə olacaq. Bizə qarşı qara-piar kampaniyası aparanlar çökdürüləcəklər. Onlar Cənubi Qafqazda yeni etnik münaqişə ocaqları yaratmağa hesablanan qüvvələrdir. Cavablarını verməliyik. Bir daha qeyd edirəm ki, mübarizəmizi davam etdiririk. Geri çəkilməyəcəyik. Çünki heç bir günahımız yoxdur və yolumuz çox aydındır”.

Ayyət