“Böyüklərimizi qoruyaq!” sosial aksiyasına başlanır
12:13 24.03.2020
Arxiv
545
İqtisadiyyat, Əmək və Əhalinin Sosial Müdafiəsi, Təhsil nazirlikləri və “Azərmaş” ASC-nin birgə təşəbbüsü ilə yaşı 65-dən yuxarı tənha vətəndaşlar üçün “Böyüklərimizi qoruyaq!” adlı sosial aksiyaya başlanır.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Lent.az -a verilən məlumata görə, “Böyüklərimizi qoruyaq!” sosial aksiyası da xüsusi karantin dövründə yaşı 65-dən yuxarı olan tənha vətəndaşlara evdə sosial xidmətlərin daha operativ və səmərəli təşkilində dəstək verilməsi məqsədi daşıyır: “Azərbaycanda koronavirus pandemiyasına qarşı mübarizə tədbirlərinə dəstək çərçivəsində sosial məsuliyyətdən çıxış edən “Azərmaş” ASC-nin təşəbbüsü olan bu aksiya çərçivəsində, sosial xidmətçilərin tənha yaşlıların ünvanlarına çatdırılmaları üçün ödənişsiz taksi xidmətləri təşkil ediləcək. Bunun üçün müəssisə 100 avtomobil və sürücü ayırıb.
Bununla yanaşı, yaşlı insanlara Təhsil Nazirliyinin “Bir” Tələbə-Könüllü proqramının könüllüləri tərəfindən zəruri dəstək göstəriləcək.
Sosial xidmətçi və könüllülər çağırılan ünvanlara daha tez, rahat getmək və kömək göstərilməsi işlərini operativ icra etmək üçün həmin ödənişsiz taksi xidmətindən istifadə edəcəklər.
Sosial xidmətçilər, könüllülər və sürücülər lazımi qoruyucu vasitələrlə təmin olunublar. Xidmətlər yaşlı şəxslərlə təmas olmadan, müəyyən olunmuş məsafə saxlanılmaqla həyata keçiriləcək. Böyüklərimizi qoruyaq! Əzizlərimizə dəstək olaq!”.
Xatırladaq ki, yaşı 65-dən yuxarı tənha şəxslər sosial xidmətlərdən yararlanmaq üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 142 - Çağrı Mərkəzinə zəng vuraraq qeydiyyata alına bilərlər.
Operativ komandanın iş rejimi: hər gün (şənbə və bazar günləri istisna olmaqla), saat 10:00-dan 16:00-dəkdir.
Qeyd edək ki, ölkədə elan olunan xüsusi karantin rejimi çərçivəsində koronavirus (COVID-19) infeksiyasına yoluxma riski yüksək olan yaşı 65-i ötmüş vətəndaşların qorunması üçün evdən bayıra çıxmaları qadağan edilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Politoloq Şoyqunun çıxışının KODLARINI AÇDI
23:17 02.11.2026
Aktual
Türkiyədə yenidən zəlzələ olub
22:59 02.11.2026
Region
Tramp: Qalib gəlsək, İlon Maskı qoruyacağıq
22:43 02.11.2026
Aktual
Göygöldə evdən kişi meyiti tapılıb
22:26 02.11.2026
Hadisə
Sabah Mingəçevirdə işıq olmayacaq
22:10 02.11.2026
Cəmiyyət
Neftin qiyməti 105 dollardan aşağı düşdü
21:39 02.11.2026
İqtisadiyyat
Türkiyədə 5,1 bal gücündə zəlzələ baş verib
21:26 02.11.2026
Gündəm
DİM-dən kibertəhlükəsizliklə bağlı çağırış
21:12 02.11.2026
Elm və Təhsil
Atası Lamin Yamalın əsl adını açıqladı
20:38 02.11.2026
Futbol
Rusiya və İran Fars körfəzi və Yəməndəki vəziyyəti müzakirə etdi
20:25 02.11.2026
Region
Prokurorluq orqanlarının veteran əməkdaşları təltif edildi
20:07 02.11.2026
Cəmiyyət
Bu türk ölkəsində dövlət çevrilişinin qarşısı alındı
19:59 02.11.2026
Gündəm
17 yaşlı Azərbaycan çempionu vəfat etdi
18:07 02.11.2026
Hadisə