BP-nin sertifikatları dünyanın hər yerində tanınır
10:03 08.08.2018
Arxiv
954
Onların treninqlərində iştirak edən insanlar heç vaxt işsiz qalmırlar
SOCAR-da fəhlə kadrlarının hazırlanması üzrə növbəti buraxılış imtahanı keçirilib.
Şirkətin Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin (TTSİ) Qobustan Regional Təlim Mərkəzində fəhlə kadrlarının hazırlanması üzrə 10 aylıq kurs keçən 76 şagirdin iştirakı ilə növbəti buraxılış imtahanı keçirilib. Neftçilərin Hüquqlarının Müdafiə Komitəsinin sədri Mirvari Qəhrəmanlı "Şərq”ə açıqlamasında SOCAR-ın TTSİ-nin verdiyi sertifikatların mühüm əhəmiyyət kəsb etmədiyini deyib. Onun sözlərinə görə, bu sertifikatlar o qədər lazımsızdır ki, digər şirkətlər tərəfindən qəbul belə olunmur. Ancaq SOCAR digər şirkətlərin sertifikatını alan fəhlələri işə qəbul edirlər. Təbii ki, ortada ödənişli və ödənişsiz məsələsi də var:
"Hansısa xarici şirkətin aldığı sertifikat iş təcrübəsi kimi qəbul olunur. Bu qurumun sertifikatlarını alan fəhlələrin işə qəbulu mütləq deyil. Onlar da digər şəxslər kimi müsabiqədə iştirak etməlidirlər və bütün şərtləri ödəməlidirlər.
Uzaq başı bir az üstünlük verirlər. Şəxsən mən Mirvari Qəhrəmanlı olaraq həmin Mərkəzin təşkil etdiyi kurslara heç bir əhəmiyyət vermirəm. Çünki orada təcrübəli və daha peşəkar mütəxəssislərin potensialından istifadə olunmur.
Həmin komandada qohumbazlıq aparıcı rol oynayır. Ən əsası isə bu sertifikatların beynəlxalq aləmdə tanınmaması ilə bağlıdır. BP-nin sertifikatları dünyanın bütün ölkələrində tanınır və onların treninqlərində iştirak edən insanlar heç vaxt işsiz qalmırlar. Təcrübəli şəxs kimi onların işinə daim ehtiyac duyulur. SOCAR-da ixtisara düşən fəhlələri isə əllərində sertifikat olmasına rəğmən digər şirkətlər təcrübəli işçi kimi qiymətləndirmir. QHT-çi kimi mənim aldığım sertifikatlarla onların sertifikatlarının heç bir fərqi yoxdur”.
Şəymən
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Neftin qiyməti 105 dollardan aşağı düşdü
21:39 02.11.2026
İqtisadiyyat
Türkiyədə 5,1 bal gücündə zəlzələ baş verib
21:26 02.11.2026
Gündəm
DİM-dən kibertəhlükəsizliklə bağlı çağırış
21:12 02.11.2026
Elm və Təhsil
Atası Lamin Yamalın əsl adını açıqladı
20:38 02.11.2026
Futbol
Rusiya və İran Fars körfəzi və Yəməndəki vəziyyəti müzakirə etdi
20:25 02.11.2026
Region
Prokurorluq orqanlarının veteran əməkdaşları təltif edildi
20:07 02.11.2026
Cəmiyyət
Bu türk ölkəsində dövlət çevrilişinin qarşısı alındı
19:59 02.11.2026
Gündəm
17 yaşlı Azərbaycan çempionu vəfat etdi
18:07 02.11.2026
Hadisə
İspaniyanın Baş naziri: Biz Vaşinqtondan idarə olunmuruq
18:01 02.11.2026
Dünya
Paşinyanın ittihamlarında həqiqət var - Natiq Cəfərli
17:51 02.11.2026
Gündəm