Britaniyada ilk pilotsuz sərnişin qatarı xəttə buraxıldı




Böyük Britaniyada Piterboro (Peterborough) və Horşem (Horsham) şəhərləri arasında ilk pilotsuz sərnişin qatarı xəttə buraxılıb.

İKT.lent.az-ın xəbərinə görə, layihə "Thameslink Railway” şirkəti tərəfindən həyata keçirilib. Bu şirkət həm də eyni adlı dəmir yolunun operatorudur. Uzunluğu 228 km olan dəmir yolu 68 stansiyadan ibarətdir.

Dəmir yolunun avtomatlaşdırılmasının üstünlüyü sərnişinlərin vaxt itkisini və insan xətası ehtimalını azaltmaqdır. Lakin qatarın avtonomluğuna baxmayaraq, maşinist kabinəsində insan olmalıdır ki, qapıları açıb-bağlasın və avtomatlaşdırılmış sistemlərə nəzarəti həyata keçirsin.


Sərnişinlərlə birlikdə ilk pilotsuz qatarın hərəkətindən əvvəl 18 ay müddətində sınaqlar keçirilib. Layihə üzərində 5 ilə yaxın iş aparılıb və o, 7 milyard funt sterlinqə (10 milyard dollara yaxın) başa gəlib.