Britaniyadakı teraktlarda ölənlərin sayı artdı
04:46 04.06.2017
Arxiv
342
London polisi iyunun 4-nə keçən gecə törədilən terror aktları nəticəsində 6 nəfərin öldüyünü bildirib.
APA-nın "RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə polis nümayəndəsi Mark Rouli bildirib.
"Son məlumata görə, altı nəfər həlak olub... Azı 20 nəfər xəsarət alaraq Londonun altı xəstəxanasına yerləşdirilib”, - deyə M.Rouli bildirib.
Milli Səhiyyə Xidmətinin məlumatına görə, gecə hücumlarından sonra xəstəxanalara 30-dan çox yaralı yerləşdirilib.
Xatırladaq ki, "London-Bric” körpüsündə sürücü mikroavtobusu piyadaların üstünə sürüb.
Londonun Boro rayonunda bıçaqla silahlanmış naməlum şəxs bazara daxil olaraq oradakı insanlara müxtəlif xəsarətlər yetirib.
Bundan başqa, paytaxtın Voksholl rayonunda naməlum şəxs insanlara hücum edərək bıçaqla xəsarətlər yetirib.
Polis "London-Bric” körpüsündə və Boro rayon bazarında törədilən insidentlərin terror aktı olduğunu rəsmi təsdiqləyib. Polis Voksholl rayonundakı insidentin onlarla əlaqəli olmadığını iddia edir.
Qeyd edək ki, martın 22-də Londonda 5 nəfərin ölümü, onlarla insanın xəsarət alması ilə nəticələnən terror aktı törədilib. Terrorçu Xalid Məsud idarə etdiyi avtomobili Vestminster körpüsündə piyadaların üstünə sürüb. Daha sonra Britaniya parlamenti qarşısında bıçaqla polis əməkdaşını qətlə yetirib. Terrorçu Böyük Britaniya müdafiə nazirinin mühafizəçisi tərəfindən məhv edilib.
Növbəti terror aktı mayın 22-də Mançesterdə tanınmış amerikalı müğənni Ariana Qrandenin konsertində törədilib. Terrorçu-kamikadze Salman Abedi özünü konsert arenasında partladıb, nəticədə 12-si uşaq olmaqla, 22 nəfər ölüb.
İŞİD qruplaşması terror aktına görə məsuliyyəti öz üzərinə götürüb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Müdafiə Nazirliyində media nümayəndələri ilə seminar keçirilib
17:53 19.12.2025
Gündəm
Azərbaycanda ov mövsümü açılır
17:38 19.12.2025
Cəmiyyət
Meyxanaçı Kərimin dəfn yeri açıqlandı - YENİLƏNDİ
17:19 19.12.2025
Mədəniyyət
"Fənərbağça" ulduz futbolçu ilə güclənəcək
16:34 19.12.2025
Futbol
İran səfiri İsveç XİN-ə çağırılıb
16:34 19.12.2025
Dünya
Meyxanaçı Ağakərim vəfat edib
16:31 19.12.2025
Mədəniyyət
İran heç bir ölkədə olmayan nüvə silahı yaratmaq istəyib - “Ynet”
15:51 19.12.2025
Dünya
Rusiya lideri: Artıq münaqişə istəmirik, sülhə hazırıq
15:44 19.12.2025
Dünya
İŞİD-ə qoşulmaq istəyirdi, DTX həbsə göndərdi
14:59 19.12.2025
Hadisə
Makron: “Putinlə görüşməli olacağıq”
14:50 19.12.2025
Dünya
Beyləqanda azyaşlı quyuya düşərək ölüb
14:45 19.12.2025
Hadisə
Fatih Ürek yaşam mücadiləsi verir: Meneceri açıqladı
14:11 19.12.2025
Şou
Ukrayna üçün razılıq əldə olundu: 90 milyard avro ayrılacaq
14:00 19.12.2025
Dünya
Sahibə Qafarova Milli Məclisin növbəti iclasının tarixini açıqladı
13:55 19.12.2025
Gündəm
20 dəqiqəlik çıxışında 700 dəfədən çox “mən” sözünü işlədib
13:52 19.12.2025
Gündəm