"Sevindirici haldır ki, işğal olunmuş torpaqlarımızdakı qondarma rejimin özbaşınalıqları barədə yazan azərbaycanlı, türk deyil, Britaniya vətəndaşı olan araşdımaçıdır. Bunu artıq avropalı birisi yazıb,dünyaya bəyan edir".
Bunu "Sherg.az"a millət vəkili Elman Məmmədov Böyük Britaniya vətəndaşı olan araşdırmaçı Harold Kanenin işğaldakı ərazilərimizdə törədilən cinayətlərlə bağlı araşdırmasından danışarkən deyib.
Deputat diqqətə çatdırıb ki, adıçəkilən ingilis araşdırmaçı Azərbaycan dövləti və millətinin uzun illərdir dediklərini təkrarlayıb:
" İşğal faktı mövcud olan gündən Qağlıq Qarabağ və ətrafındakı işğal olunmuş ərazilərimizdə çox güclü və böyük mütəşəkkil cinayətkar qruplar yaranıb. Onlardan ən böyüyü 1991-ci ilin payızından mövcud olan Qondarma Dağlıq Qarabağ rejimi və onun rəhbələridir. İlk gündən onlar Azərbaycanın ərazilərində silah-sursat və insan alveri ilə məşğuldurlar. Əsir və girov götürdükləri azərbaycanlıların daxili orqanlarını satırdılar. Onlar əsirlərimizin başına olmazın oyununu açıblar, bu gün də açırlar. "DQR" cinayətkar qurumdur və cinayətlə məşğul olur. Yaxşı ki, avroplalı bunu görür".
"Bu qanunsuzluqları, cinayətləri avropa, dünya dövlətləri və təşkilatları görmürmü?" sualına gəlincə, deputat qeyd edib ki, avropa və dünya ölkələri və onlara məxsus olan beynəlxalq qurumlar bu hadisələri bizdən də yaxşı bilirlər, özü də çox dəqiqliklə:
"Ona görə bilirlər ki, onların hamısı həmin ərazidəki kriminal rejimlə əməkdaşlıq edirlər. Çoxsaylı avropa qurumları var ki, onlar Dağlıq Qarabağdakı cinayətkar rejimlə iş birliyi qurublar. Azərbaycan ərazilərində onların şirkət və firmaları müxtəlif adlar altında fəaliyyət göstərirlər. Ərazilərimizə qeyri-qanuni səfərlər edirlər. Qəti əminliklə bildirirəm ki, həmin cinayət əməllərində Avropa dövlətləri və təşkilatları da iştirak edib, mənfəət götürürlər. Uzun illərdir Azərbaycana məxsus ərazilərdəki təbii sərvətlərin dağıdılmasında, maddi mədəniyyət abidələrimizin məhv edilməsində yeraltı və yerüstü sərvətlərimizin talanmasında Avropa dövlətləri və onlara məxsus təşkilatılar yaxından iştirak edirlər. Avropa ölkələri və təşkilatları ermənilərə iş birliyi qurub insan və silah alveri, eyni zamanda narkomaniya ilə məşğul olurlar.
Eyni zamanda onlar birlikdə işğal altında olan ərazilərimizə köçürmələr və məskunlaşmalar həyata keçirirlər. ATƏT-in Faktaraşdırıcı Missiyası işğaldakı ərazilərimizdə olub və Azərbaycan tərəfinin dedikləri faktları araşdırıb. Bu faklar həmin missiyanın arayışında öz əksini tapıb. Bax ona görə də, Avropa stukturları vaxtaşırı Azərbaycana qarşı müxtəlif şər-böhtan kampaniyaları təşkil edib, təzyiq etmək istəyir ki, Azərbaycan sussun. Amma Azərbaycan bu barədə öz qəti mövqeyini və prinsipiallığını dəfələrlə ortaya qoyub. Qondarma Dağlıq Qarabağ rejiminin cinayətkar Bako Saakyan da ölkəmizə, vətəndaşlarımıza qarşı tördilən soyqrımlarda iştirak edib. O da Serj Sarkisyan, Robert Koçaryan kimi hərbi canidir, bu gün , sabah da o da ifşa olunacaq".
Qeyd edək ki, Böyük Britaniya vətəndaşı olan araşdırmaçı Harold Kane "Dağlıq Qarabağda cinayətkarlığa məruz qalma şoku" abaşlıqlı yazı yazıb. Müəllif yazıda Erməsnitanın işğal etdiyi Azərbaycan torpaqlarında törədilən cinayətlərin kataloquna işıq salır. O qeyd edir ki, işğaldakı Azərbaycan torpaqlarında yol verilən özbaşınalıqlar və cinayətlər Qafqaz bölgəsindən kənara çıxır və beynəlxalq ictimaiyyətə də mənfi təsir göstərir. Müəllif əsasən bu ərazilərdə olan
insan alveri, narkotik qaçaqmalçılığı, təbii ehtiyatların oğurlanması, maddi mədəniyyət abidələrinin dağıdılması və s. məsələlərədn yazır.
Ayyət Əhməd