"BTQ regiona firavanlıq, sabitlik gətirəcək” - İlham Əliyev
11:06 03.11.2017
Arxiv
526
"Euronews” telekanalının "Fokus” verilişində Bakı-Tbilisi-Qars dəmir yolunun açılışına həsr olunan reportaj yayımlanıb.
APA-nın "Azərtac”a istinadən verdiyi məlumata görə, telekanalın müxbiri Azərbaycan prezidenti İlham Əliyev, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğandan və Gürcüstan baş naziri Giorgi Kvirikaşvilidən müsahibə alıb.
Bakı-Tbilisi-Qars dəmir yolundan danışan Azərbaycan prezidenti İlham Əliyev bildirib ki, Asiyadan Avropaya və Avropadan Asiyaya bundan qısa yol yoxdur: "Bizim tariflərin razılaşdırılması üzrə gələcək vəzifəmiz onu iqtisadi cəhətdən də çox cəlbedici etməkdir. Uzunmüddətli perspektivdə yüklərin həcmi artacaq. Əlbəttə, bu, böyük gəlir, iş yerləri və əməkdaşlıq deməkdir”.
Dövlət başçısı qeyd edib ki, bu, tarixi hadisədir: "Bu yol qitələri, Avrasiyanı birləşdirir. Bu, Asiya ilə Avropa arasında ən qısa yoldur. Azərbaycan Türkiyə və Gürcüstan ilə birlikdə onun tikintisində çox fəal iştirak edib. Çox şadam ki, bu gün biz birlikdə tarixi hadisəni qeyd edirik: Türkiyə prezidenti, gürcüstanlı, qazaxıstanlı, özbəkistanlı dostlarımız – baş nazirlər, Türkmənistandan, Tacikistandan nazirlər. Yəni, onların iştirakı bu layihənin nə qədər əhəmiyyətli olduğunu göstərir. Bu, ən qısa, ən etibarlı yoldur. Bu yol bütün region üçün firavanlıq, sabitlik, inkişaf gətirəcək. Biz bu yolla, Azərbaycan ərazisi vasitəsilə yüklərin tədricən 17 milyon tona qədər artacağını gözləyirik. Uzunmüddətli perspektivdə yüklərin həcmi artacaq. Əlbəttə, bu, böyük gəlir, iş yerləri və əməkdaşlıq deməkdir. Düşünürəm ki, bu yolun iqtisadi cəhətdən böyük əhəmiyyəti var. Bu yol boyunca yerləşən bütün ölkələr ondan istifadə edəcəklər. Çünki yenə də deyirəm, bu, ən qısa yoldur. Asiyadan Avropaya və Avropadan Asiyaya bundan qısa yol yoxdur. Bizim tariflərin razılaşdırılması üzrə gələcək vəzifəmiz onu, həmçinin iqtisadi cəhətdən çox cəlbedici etməkdir. Buna görə də biz bunun üzərində birlikdə işləyəcəyik”.
Rəcəb Tayyib Ərdoğan isə qeyd edib ki, sərnişin daşınmasının strateji və sosial-iqtisadi mənası var: "Hər şeydən əvvəl Avropa-Asiya bağlantısı kimi bu dəmir yolu çox mühüm strateji bir sərmayə olaraq həyata keçirildi. Bu, tarixi İpək Yolunun digər mərhələsinin ən ciddi sərmayəsi oldu. Yəni, Azərbaycan, Türkiyə və Gürcüstan olaraq bu qərarı qəbul etdiyimiz vaxt bəziləri bu işin mümkün olacağına inanmırdılar. Bu yolun strateji baxımdan istər yük, istərsə də sərnişin daşınmasında şübhəsiz ki, mühüm əhəmiyyəti var. Bilirsiniz ki, xərclər baxımından yük daşınmalarında dəmir yolu sistemi dəniz nəqliyyatı ilə rəqabət içindədir, bu dəmir yolu ilə daşımaların maliyyə xərcləri xeyli azdır. Sərnişin daşınmasında da qəza riski demək olar ki yox dərəcəsindədir”.
Öz növbəsində Gürcüstan baş naziri Giorgi Kvirikaşvili bildirib ki, layihə təkcə ölkələrin iqtisadiyyatını deyil, bu ölkələrin xalqlarını birləşdirir. İnteqrasiya, əməkdaşlıq nə qədər sıx olarsa, regionda və onun hüdudlarından kənarda iqtisadi, ticari artım, təhlükəsizlik o qədər çox olar: "Bakı-Tbilisi-Qars layihəsi həqiqətən strateji layihədir. Çünki o, strateji tərəfdaş olan üç ölkəni – Türkiyə, Gürcüstan və Azərbaycanı birləşdirir. Bu layihə parlaq əməkdaşlığın nümunəsidir. Belə ki, o, təkcə ölkələrin iqtisadiyyatını deyil, bu ölkələrin xalqlarını birləşdirir. İnteqrasiya, əməkdaşlıq nə qədər çox olarsa, regionda və onun hüdudlarından kənarda iqtisadi, ticari artım, təhlükəsizlik o qədər çox olar. Bizim dost və qardaşlarımızın – Qazaxıstanın, Özbəkistanın baş nazirlərinin, Türkmənistan və Tacikistanın nazirlərinin açılışda iştirakı bu layihənin əhəmiyyətini göstərir. Çünki "Bir kəmər – bir yol” layihəsi Asiya ilə Avropanı birləşdirən layihədir və praktiki olaraq, bütün qitəni inkişaf etdirir. Mərkəzi Asiya və Cənubi Qafqaz Türkiyə ilə birlikdə Avrasiya qitəsini birləşdirən mühüm bənddir. Belə ki, o, daha çox iqtisadi artım və daha çox sabitlik gətirir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ebru dünya turuna çıxır
03:33 22.09.2026
Şou
Ona “niyə evlənmirsən” sualını verən qonşusunu öldürdü
02:57 22.09.2026
Maraqlı
ABŞ-da iki böyük hava limanında uçuşlar dayandırıldı
01:02 22.09.2026
Dünya
Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Zelenski ilə görüşüb
00:41 22.09.2026
Gündəm
Demensiya yaddaşın tam itirilməsi ilə başlamır - Həkim
23:57 21.09.2026
Sağlamlıq
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual