Bu, bir insanın qarnından çıxdı

2.5 kiloluq kista Əminəni rahat buraxmırdı



Samsunda qarın ağrısı şikayəti ilə xəstəxanaya gedən qadının qarınından 2.5 kiloluq kütlə çıxarıldı.

49 yaşlı Əminə Aslanın Samsun xəstəxanasında müayinə zamanı qarınında böyük bir kütlə olduğu təyin olundu. Əməliyyatla Aslanın qarınından 2.5 kiloqramlıq bir kütlə çıxardıldı. Əminə Aslanın xəstəxanalarına qarın ağrısı və qabarıqlıq şikayəti ilə gəldiyini ifadə edən həkim Dağdemir, "Müvəffəqiyyətli bir əməliyyatın ardından 2.5 kiloqram ağırlığında təxminən 20x17 sm diametrində nəhəng bir kista çıxardıq” deyə danışdı. 2013-cü ildən bəri bu ağrını çəkdiyini, lakin qorxudan əməliyyat keçirmədiyini ifadə edən Əminə Aslan isə, "Əməliyyatdan sonra çox rahatlandım. Kaş ki, daha əvvəl qorxmasaydım, vaxtında əməliyyat etdirsəydim "deyə sevincini paylaşıb.