Bu ərazilərdə işıq olmayacaq - SİYAHI




Bakıda bəzi qəsəbələrdə elektrik enerjisinin verilişində fasilələr yaranacaq.
"Azərişıq" ASC-dən "Sherg.az"a verilən məlumatına görə, 110 kv-luq Xırdalan hava elektrik verilişi xəttində aparılan yenidənqurma və təmir işləri ilə əlaqədar olaraq bu gün saat-11.00-dan 15.00-dək Qaradağ rayonu Müşviqabad qəsəbəsi yaşayış binaları, Yeni Müşviq massivi həyət evləri, 28 May qəsəbəsi, Müşfiqabad-Sumqayıt yolunun sağ və sol hissələrindəki həyət evlərinə elektrik enerjisinin verilişində qısa müddətli fasilələr yaranacaqdır
"Azərişıq" ASC yaranmış narahatlığa görə istehlakçılardan üzr istəyir