Bu fotonun hekayəsi hamını qəhərə boğur

Motosikletçi atası öldü, anası əlcəklərin arasında onu məşhurlaşdırdı



"Körpələr yatarkən mələkləri gördükləri üçün gülümsəyər” deyirlər. Bu sözlərə fotoqraf Kim Stone də inanır. Kim Stone Avstraliyalı bir fotoqrafdır və eyni zamanda şəkildəki körpə Aubreyin anasıdır. Fotonun hekayəsi isə eşidənləri qəhərə boğur. Kim Stone, Aubreyi dünyaya gətirməzdən bir ay əvvəl nişanlısı, Aubreyin atası Hector Ferreri itirir. Bir motosiklet həvəskarı olan Hector Ferrer və ana Kim Stone, hamiləlik dövründə, kiçik qızlarıyla əlaqədar planlar edirlərmiş. Ailə olaraq birlikdə çıxacaqları gəzintilərin xəyalinı qurarkən, Audrey doğulmazdan bir ay əvvəl atası ölür. Aubreyin doğumundan əvvəl itkisiylə baş-başa qalan Kim Stone, yenə ən yaxşı bildiyi işə- fotoqraf işinə dönür. Ağılına gələn fikir isə bu xəbərin mövzusu olur. Aubreyi atasının motosiklet əlcəklərinə bürüyən bir halda, hüzur içində yuxuladığı zaman şəkilini çəkən Stone, qızının dodaqlarındakı xoşbəxt gülümsəməyi də o zaman fərq edir. Fotonu Facebook hesabında paylaşan ana, yüz minlərlə bəyənmə və şərh alır, bütün dünyada məşhur olan bir işə imza atmış olur.