"Bu göstəricilər Prezidentin orduya göstərdiyi diqqətin nəticəsidir" - Polkovnik
14:55 03.01.2019
Arxiv
594
Xəbər verdiyimiz kimi, 2018-ci ilin 31 dekabr tarixində Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Azərbaycan xalqını təbrik edib. Təbrik çıxışında müxtəlif məqamlara toxunan ölkə başçısı bildirib ki, Azərbaycanın güclü hərbi potensialı münaqişənin həlli üçün əsas amildir:
"Biz son illər ərzində öz hərbi qüdrətimizi böyük dərəcədə artıra bilmişik. Bu gün Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır.
Bu il ölkəmizdə iki dəfə keçirilmiş hərbi parad bizim gücümüzü, bizim güclü ordumuzun potensialını göstərir. Ən müasir silahlarla, texnika ilə təchiz edilmiş Azərbaycan Ordusu çox yüksək döyüş qabiliyyətinə malikdir və biz bu il bunu bir daha təsdiq etdik. Azərbaycan Ordusu Azərbaycan-Ermənistan sərhədinin Naxçıvan istiqamətində uğurlu əməliyyat keçirərək 11 min hektar torpağa tam nəzarət edir. Strateji yüksəkliklərin əldə edilməsi bizə imkan verir ki, Ermənistan ərazisindən keçən önəmli kommunikasiyalara və yollara tam nəzarət edək.
Biz bundan sonra da öz hərbi qüdrətimizi artıracağıq. Biz Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsini sülh yolu ilə həll etmək istəyirik və danışıqlarda iştirakımız bunun əyani sübutudur. Ancaq hər kəs bilir və bilməlidir ki, münaqişənin həlli üçün hərbi amil xüsusi rol oynayır və bundan sonra da biz hərbi qüdrətimizi artıracağıq
Ölkə başçısının fikirlərini müsbət qiymətləndirən ehtiyatda olan polkovnik Şair Ramaldanov "Sherg.az”a deyib ki, Prezident İlham Əliyev həm də Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Ali baş komandanı olaraq ordunun təkminləşdirilməsi, inkişafı ilə bağlı gedən işlərin rəhbəridir:
"Prezident silahlı qüvvələri hər zaman diqqət mərkəzində saxlayıb. Ölkə başçısı hər dəfə ordunu hazırlığını yüksək qiymətləndirib. Dövlət tərəfindən müntəzəm olaraq ordunun silahlandırılması ilə bağlı lazım olan tədbirlər görülür. Hətta ölkə başçısı Belarus səfərində memarandum imzalayıb. Ən yeni müdafiə sisteminin tətbiqi və müasir silahla ordunun təkminləşdirilməsi sahəsində işlər aparılıb. Ötənlərdə 100 illik paradda Azəbaycan ordusunun nəyə qadir olduğunu bütün dünyaya nümayiş etdirdi. Ordumuzun müasir hərbi texnikası düşmən və işğalçı ölkəyə göz dağı oldu. Dağlıq Qarabağ münaqişəsinin həll edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpası üçün ordumuz əsas rol oynayır. Çünki münaqişə sülh yolu ilə həll olunmasa, ordumuz qarşısına qoyulan tapşırığı yerinə yetirəcək. Əgər Ermənistan və Azərbaycanı təkbətək qoysalar, Azərbaycan Silahlı Qüvvələri işğalçı ölkənin ordusunu qısa müddətdə darmadağın edib, öz ərazi bütövlüyünü bərpa etməyə qadirdir".
Ş.Ramaldanov onu da diqqətə çatdırıb ki, ən nüfuzlu beynəlxalq qurumların verdiyi statistik məlumatlara görə, ordumuz 136 ölkənin ordusu sırasında 53-cü yerdə qərarlaşıb:
" Təbii ki, bütün bu müsbət göstəricilər Prezident İlham Əliyevin orduya göstərdiyi diqqətdən irəli gəlir. Gələcəkdə də Azərbaycan Silahlı Qüvvələri ən müasir silahlarla təchiz ediləcək".
Kənan Eynuroğlu
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Putin: Rusiya Avropa ilə heç bir müharibəyə hazırlaşmır
23:00 22.10.2026
Gündəm
"Brent" markalı neftin qiyməti 113 dolları keçdi
22:43 22.10.2026
İqtisadiyyat
Ağ Ev tarix açıqladı: ABŞ seçkilərədək İrana hücum etməyəcək
22:24 22.10.2026
Gündəm
“Real Madrid” Arda Gülərlə 2031-ci ilədək müqavilə imzalayır
22:08 22.10.2026
Futbol
Rusiya XİN Netanyahunun ittihamlarına cavab verdi
21:59 22.10.2026
Gündəm
Fransanın bir sıra şəhərlərində bütün nümayişlər qadağan edilib
21:41 22.10.2026
Aktual
Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu müəyyənləşdi
21:01 22.10.2026
Futbol
Vətən müharibəsi qazisi qətlə yetirildi
20:50 22.10.2026
Hadisə
Merz: Aİ aydın bir qüvvə kimi görünmək üçün genişlənməlidir
20:33 22.10.2026
Dünya
Fransada iğtişaşlar zamanı 2700 nəfər saxlanıldı
20:25 22.10.2026
Dünya
Rusiya və Ukrayna bu məsələdə razılaşdı - Vens
20:17 22.10.2026
Aktual
ABŞ Estoniyaya HIMARS raketləri göndərdi
20:00 22.10.2026
Gündəm
Çində güclü zəlzələ oldu
19:52 22.10.2026
Dünya
“Naxçıvan Aqroservis” ASC-nin sədri həbs edilib
19:44 22.10.2026
Hadisə
Çinin qərbində 7,1 bal gücündə zəlzələ oldu
19:23 22.10.2026
Dünya