Bu həftə enerji qəzası ilə bağlı yekun rəy olacaq
08:58 20.08.2018
Arxiv
531
Mingəçevirdəki enerji qəzası ilə bağlı yaradılmış Dövlət Komissiyası araşdırmaları yekunlaşdırmaq üzrədir.
Bu haqda Modern.az-a Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Fizika İnstitutunun direktoru, Komissiyanın üzvü Nazim Məmmədov açıqlama verib.
O qeyd edib ki, iyulun 3-də Mingəçevirdəki İstilik Elektrik Stansiyasında (İES) baş verən qəza ilə bağlı Dövlət Komissiyasının bu həftənin sonuna kimi yekun rəyi olacaq.
"Komissiya hadisənin yekun rəyini bitirmək üzrədir. Bildiyiniz kimi, bu ayın 22-23 Qurban bayramı ilə əlaqədar qeyri-iş günüdür. Ancaq komissiya həmin günləri də işləyəcək. Hadisənin yekun rəyi isə tam hazır olduqdan sonra dövlət başçısına təqdim olunacaq”.
Qeyd edək ki, İyulun 3-də Mingəçevirdəki İstilik Elektrik Stansiyasında (İES) baş verən qəza bütün Azərbaycanı zülmətə qərq elədi, dövlətə və əhaliyə böyük ziyan vurdu.
Baş verən hadisə ilə bağlı Energetika Nazirliyi və "Azərenerji” ASC-nin birgə rəsmi məlumatında bildirilib ki, qəza havaların kəskin isti keçməsi ilə əlaqədar olaraq elektrik enerjisinə tələbatın ciddi şəkildə artması (təqribən 40 faiz) və elektrik avadanlıqlarının istismarında açılmalar nəticəsində baş verib.
Hadisədən sonra Prezident İlham Əliyevin sərəncamı ilə qəzanın səbəblərini araşdırmaq və nəticələrini aradan qaldırmaq məqsədilə Dövlət Komissiyası yaradılıb.
Sərəncama görə, Dövlət Komissiyası hadisənin baş verməsi səbəblərini araşdırmalı və bu barədə Prezidentə məlumat verməlidir. Qəzanın nəticələrinin aradan qaldırılması üçün təxirəsalınmaz tədbirlər müəyyənləşdirilməli və həyata keçirilməli, görülmüş işlər haqqında ölkə başçısına mütəmadi məlumat verilməlidir.
Həmçinin, Baş Prokurorluq baş vermiş hadisənin səbəblərinin araşdırılması və təqsirkar şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb edilməsi üçün Daxili İşlər və Fövqəladə Hallar nazirlikləri ilə birlikdə təxirəsalınmaz istintaq tədbirlərini həyata keçirməlidir.
"Azərbaycan İstilik Elektrik Stansiyası” MMC-nin yarımstansiyalarından birində baş vermiş qəza ilə əlaqədar yaradılmış Dövlət Komissiyasının tərkibinə aşağıdakı şəxslər daxildir:
Komissiyanın sədri
Baş nazirinin birinci müavini Yaqub Eyyubov
Komissiya sədrinin müavini
Energetika naziri Pərviz Şahbazov
Komissiyanın üzvləri
Daxili işlər naziri Ramil Usubov
Fövqəladə hallar naziri Kəmaləddin Heydərov
Baş prokuror Zakir Qaralov
Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Mədət Quliyev
"Azərenerji” ASC-nin prezidenti Etibar Pirverdiyev
"Azərişıq” ASC-nin sədri Baba Rzayev
Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov
Fizika İnstitutunun direktoru Nazim Məmmədov
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bugünkü varlılar "axmaq" şeylərə pul xərcləyirlər - İDDİA
04:52 02.11.2026
Dünya
Billi Ayliş sevgilisi ilə
04:14 02.11.2026
Şou
Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi
03:38 02.11.2026
Maraqlı
İsraildə seçkilərə mümkün xarici müdaxilə araşdırılır
03:03 02.11.2026
Aktual
Göygöldə bələdiyyənin mühasibi iş otağında ölü tapılıb
01:44 02.11.2026
Hadisə
Bakının bir sıra ərazisində işıqlar sönəcək
01:25 02.11.2026
İnfrastruktur
ABŞ-də təyyarə qəzasında 9 nəfər ölüb - Yenilənib
01:11 02.11.2026
Dünya
ABŞ-da özəl təyyarə küçənin ortasına düşdü: ölənlər var
00:34 02.11.2026
Dünya
Makqreqor karyerasını başa vurur
00:08 02.11.2026
İdman
Öcalan azadlığa çıxdı - Sensasiya
23:51 01.11.2026
Aktual
Fəqan Azadəliyev Dövlət Yol Polisi İdarəsinə rəis təyin olundu
23:30 01.11.2026
Cəmiyyət
Sumqayıtda zəncivari qəza baş verdi
22:02 01.11.2026
Hadisə
“Müharibəyə son qoymalıyıq” - İran Türkiyəni ünvan göstərdi
21:25 01.11.2026
Gündəm
"Şərq"də təkcə yazmağı yox, həyatı da öyrəndim - SEVGİ MƏKTUBU
20:52 01.11.2026
Media
Dədə Qorqud parkında meyit tapıldı
20:33 01.11.2026
Hadisə