Bu il Bakıda əsas kapitala 8,6 mlrd. manat yönəldilib
11:43 04.11.2017
Arxiv
769
2017-ci ilin yanvar-sentyabr aylarında Bakı şəhərinin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 8 mlrd. 572,6 mln. manat və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3,1% çox vəsait yönəldilib.
Bakı Şəhər Statistika İdarəsindən "APA-Economics"ə verilən məlumata görə, ümumi sərmayənin 17,4%-i dövlət, 82,6%-i qeyri-dövlət sektorunun sərmayədarlarının payına düşüb.
Əsas kapitala yönəldilmiş vəsaitlərin 68,8%-i tikinti-quraşdırma işlərinə sərf edilib. 2017-ci ilin yanvar-sentyabr aylarında tikinti müəssisələri tərəfindən yerinə yetirilmiş inşaat işlərinin 70,9%-ini tikinti, yenidənqurma və genişləndirmə, 5,6%-ini əsaslı təmir, 3,7%-ini cari təmir, 19,8%-ini isə sair tikinti işləri təşkil edib. Ümumi inşaat işlərinin 88%-ini qeyri-dövlət tikinti müəssisələri yerinə yetiriblər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Fransa Ukrayna ilə bağlı Əbu-Dabi danışıqlarında iştirak edəcək
17:31 08.11.2026
Dünya
Müdafiə naziri Zakir Həsənov COVID-19-a yoluxub
17:28 08.11.2026
Gündəm
"Mən Cənab Prezident İlham Əliyevlə qürur duyuram" - Yücel Karauz
17:24 08.11.2026
Gündəm
Ərdoğan: “Bakının sevinci Ankaranın sevincidir”
16:40 08.11.2026
Gündəm
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya
Ailəsini qətlə yetirib şəhər meydanına hücum etdi - Təfərrüatlar
15:15 08.11.2026
Hadisə
Türkiyə Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi olub
15:12 08.11.2026
Rəsmi
Ukrayna səfiri Azərbaycanı təbrik etdi
15:00 08.11.2026
Siyasət
“Bakıda çay içmək” arzusu həbsxanada gerçəkləşdi - ŞƏRH
14:50 08.11.2026
Siyasət