Bu ilin ən çox qol vuran futbolçuları - SİYAHI
13:57 13.11.2017
Arxiv
325
2017-ci ildə ən çox qol vuran futbolçuların adları müəyyənləşib. Apasport.az saytının məlumatına görə, il hələ başa çatmasa da, yanvarın 1-dən bu günə qədər olan statistikaya əsasən, "Barselona”nın hücumçusu Lionel Messi hamını qabaqlayır.
Ulduz futbolçu klubunda və Argentina yığmasında ümumilikdə 51 qola imza atıb ki, bu, rəqibləri üçün əlçatmazdı. Messi bu toplardan 47-ni "Barsa”nın heyətində vurub ki, bu baxımdan da hamıdan öndədi.
Onu 47 qolla Polşa yığmasının və "Bavariya”nın forvardı Robert Levandovski izləyir. İlk "3-lüy”ü isə "Tottenhem”in və İngiltərə millisinin qol "silahı” Harri Keyn (45 qol) qapayır.
Maraqlıdı ki, FİFA tərəfindən ilin ən yaxşısı seçilən Kriştianu Ronaldo özünə yalnız 4-cü pillədə yer tapa bilib. Portuqaliyalı forvard millidə və klubda ümumilikdə 45 dəfə rəqib qapılarına yol tapıb.
Edinson Kavani, Pyerr-Emerik Obameyanq və Çiro İmmobile kimi ulduzların da qərarlaşdığı ilk "10-luq”da iki sürpriz oyunçu var. "Banqkok Yunayted”də çıxış edən Draqan Boşkoviç 37 matçda 41 qola imza ataraq 6-cı sırada qərarlaşıb. Bir vaxtlar "Trabzonspor” və "Kayserispor”da da çıxış etmiş Jaja Koelyo isə Tailan klubu "Buriram Yunayted”dəki məhsuldarlığı ilə diqqət çəkir.
"Beşiktaş”ın hücumçusu Cenk Tosun 2017-ci ildə 28 dəfə fərqlənməsinə baxmayaraq, ilk "20-lik”dən kənarda qalıb. Eran Zahavi, Serxio Aquero və Aleksandr Lakazettlə eyni sayda qol vuran Cenkin siyahıya düşə bilməməsinin səbəbi buna daha çox matçda nail olmasıdı.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Demensiya yaddaşın tam itirilməsi ilə başlamır - Həkim
23:57 21.09.2026
Sağlamlıq
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə