Bu iş addım-addım görülməlidir
19:39 05.07.2016
Arxiv
815
Müəllim sıxlığının qarşısını almaq üçün attestasiyaların keçirilməsi vacibdir
Orta məktəblərdəki müəllim sıxlığı yenidən gündəmə gəlib. Təhsil Nazirliyinin 2015-ci il üzrə hesabatında bildirilib ki, şəhər və rayonlar üzrə şagird-müəllim nisbəti bərabər paylanmayıb.
Azərbaycanın bütün şəhər və rayonlarının şagird-müəllim nisbəti hər 9 şagirdə bir müəllim düşdüyünü göstərir. Bu göstərici üzrə ən böyük rəqəm 11 şagirdə bir müəllim olmaqla, Bakı şəhərinin payına düşür. Hər 11-12 təhsil alana bir müəllim düşməsi yalnız 13 rayonda müşahidə olunur. 17 rayonda isə ortalama 9-10 şagirdə bir müəllim dərs deyir. Azərbaycanda ortalama 7-8 şagirdə bir müəllimin düşməsi 26 rayonda qeydə alınıb. Respublika üzrə 13 vəziyyət daha fərqlidir və burada ortalama 5-6 şagirdə bir müəllim düşür. Goranboy, Qax və Kəlbəcər rayonları məktəblərində də oxşar vəziyyətdir. Bu rayonlarda 5 şagirdə bir müəllim düşür.
Məsələ ilə bağlı "Şərq”ə danışan təhsil eksperti Məlahət Mürşüdlünün sözlərinə görə, məktəblərdəki müəllim sıxlığının əsas səbəbi uzun illər aparılan planlaşdırılmanın düzgün olmamasıdır. O, Azərbaycanda ildən-ilə şagirdlərin sayının azaldığını, müəllimlərin sayının isə artdığını deyib. Müəllim sıxlığının müəllimlərin əməkhaqqının artırılması və digər maddi təminatlar üçün çətinlik yaratdığını vurğulayan ekspert hesab edir ki, 5-6 şagirdə bir müəllimin düşməsi dünyanın heç bir ölkəsində yoxdur: "Həqiqətən də, Azərbaycanda müəllim-şagird nisbətində böyük israfçılıq var. Müəllimlər seçilməlidir, azaldılmalıdır. Biz bir tərəfdən müəllim artıqlığından gileylənirik, bir tərəfdən də hər il pedaqoji ixtisaslara yiyələnənlərin sayı artır. Bir ucdan müəllim istehsal olunur. Bu məsələyə də baxmaq lazımdır. Dövlət sektorunda müəllim istehsalı həddindən artıq çoxdur. Hökumət planlaşdırmanı tələbata uyğun aparmalıdır və sayı azaldıb keyfiyyətə üstünlük verməlidir. Bunlar hamısı mürəkkəb məsələlərdir və qısa zaman ərzində onların həllini gözləmək olmaz.
Hesab edirəm ki, məktəblərdə müəllimə olan ehtiyac öyrənilməli və ona uyğun da kadr hazırlanmalıdır. Əks halda problem daha da geniş vüsət ala bilər. Orta məktəblərdəki müəllim sıxlığının qarşısını almaq üçün nazirlik sinifləri, məktəbləri birləşdirməklə almağa çalışır. Amma bu zaman da ortada böyük bir işsizlər ordusu yaranır”.
Müəllimlərin sınaq qiymətləndirməsinin müəllim sıxlığına heç bir təsiri olmayacağını vurğulayan M.Mürşüdlünün sözlərinə görə, diaqnostik qiymətləndirmə zamanı müəllimlər kənarda qalmır: "Müəllimlərin peşəkarlığını yoxlamaq və onların biliyini yoxlamaq məqsədi ilə təşkil edilir bu imtahanlar. Hesab edirəm ki, müəllim sıxlığının qarşısını almaq üçün attestasiyaların keçirilməsi vacibdir. Obyektiv attestasiyalar olarsa, təhsilimiz bilik və bacarıqları müasir tələblərə cavab verməyən müəllimlərdən xilas olar. Ancaq təhsil sahəsi buna hələ hazır deyil. Müəllimlərin attestasiyadan keçirilməsi çox mürəkkəb, addım-addım görüləsi bir işdir”.
Şəymən
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Çin Almaniya ilə süni intellekt sahəsində əməkdaşlıq edəcək
05:25 31.10.2026
Dünya
Qırmızı xalıda opüşdülər!
04:50 31.10.2026
Şou
Hakan Fidan Marko Rubio ilə görüşdü
04:14 31.10.2026
Gündəm
Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır
03:33 31.10.2026
Sağlamlıq
"Qızıl top" səsverməsində rəsmi nəticələr açıqlandı
01:32 31.10.2026
Futbol
Erməni ombudsmandan "türk" sözü ilə bağlı - BƏYANAT
01:11 31.10.2026
Cənubi Qafqaz
ABŞ Yaxın Şərqə əlavə hərbi texnika göndərir
00:49 31.10.2026
Gündəm
ABŞ Ukraynaya 500 ədəd "Patriot" raketi satacaq
23:50 30.10.2026
Aktual
Qızılın qiyməti xeyli ucuzlaşdı
23:31 30.10.2026
İqtisadiyyat
Abbasdan Ankaranı aşağılayan addım - Türkiyə “səssiz” qaldı
23:10 30.10.2026
Dünya
Lyayen: Aİ və Kanada unikal tərəfdaşlıq yaradırlar
21:50 30.10.2026
Aktual
Aİ Ukraynaya 2027-ci il üçün 45 milyard avro yardım ayırıb
20:40 30.10.2026
Aktual
Premyer Liqa: "Sabah" səfərdə "Turan Tovuz"a məğlub olub
20:31 30.10.2026
Futbol
Mingəçevirdə qətl törədilib
20:00 30.10.2026
Hadisə