“Bu işlərin arxasında bir-iki məmur dayanıb”

“Təsəvvür edin ki, Avtosfer.az saytını dağıtmaq üçün beş min manat pul xərcləyirlər”
Elməddin Muradlı: “Hansı ki, o beş min manata yol hərəkətinin təhlükəsizliyi ilə bağlı beş dənə sosial video çarx hazırlayıb, təqdim etmək olardı”


Bu günlərdə özünəməxsus dəsti-xətti ilə seçilən internet media hrqanı olan Avtosfer.az saytının 2 yaşı tamam oldu. Bu tarix media orqanı üçün böyük olmasa da, Avtosfer.az bu qısa zaman kəsiyində özü haqqında ictimai rəy yarada bilib.

Bunun səbəbi isə yol hərəkəti sahəsində insanların maarifləndirilməsinə xidmət, bu sahədə çatışmazlıqları üzə çıxaran Avtosfer.az-ın ucuz populyarlıq və şou arxasınca qaçmaması, öz ciddiliyini və xəbərə tələbkarlığını iş prinsipinə çevirməsindən irəli gəlir. Geridə qalan iki il ərzində Avtosfer.az saytının əldə etdiyi nailiyyətlər və üzləşdikləri çətinliklərlə bağlı "Şərq”ə danışan saytın baş redaktoru Elməddin Muradlı bildirib ki, Avtosfer.az saytı 2014-cü ildə Azərbaycan Respublikasının Prezdenti yanında Qeyri-Hökümət Təşkilatlarına dövlət dəstəyi şurasının bir layihəsi çərçivəsində yaradıldı.

"Biz bunu qısa müddətli bir layihə olaraq nəzərdə tutmurduq. Hesablamışdıq ki, sürücülər, yol polisləri, bütün yol hərəkəti iştirakçıları üçün bir sayt olsun. Düşünürəm ki, tam da olmasa bunun xeyli hissəsinə nail olmuşuq. Biz saytı şəxsiləşdirməmişik. Bu sayt sürücülərin, yol polislərin, yol hərəkət iştirakçılarınındır. Burada istənilən tərəf fikrini deyə bilir. Mövqeyini göstərə bilir. Sürücüləri də,yol polislərini də dinləyirik. Hansı tərəfdə narazılıq varsa, o mövzular ilə bağlı müxtəlif yazılarla, materiallarla çıxış edirik. Düşünürəm ki, sürücülərin, piyadaların maariflənməsində müəyyən rol oynaya bilmişik. Yol hərəkəti sahəsi elə sahədir ki, bu gün demək olar ki, hər məhlədə, həyətdə maşın var. O yol yoxdur ki, ordan maşın keçməsin. Belə bir şəraitdə maarifləndirmə, təbliğat vacibdir. Dünyanın inkişaf etmiş ölkələrində belə il ərzində 5-10 nəfər ən, pis halda 50 nəfər yol qəzasında həlak olur. Bizdə bu rəqəm 800-900, hətta bəzən 1000-ə çatır. Yəni o cür inkişaf etmiş ölkələr yol hərəkətinin təhküləsizliyi ilə belə təbliğatı heç vaxt dayandırmır. Hər gün televizyalarda, media orqanlarında, öz imkanları çərçivəsində küçələrdə təbliğat işlərini aparırlar. Biz bu gün deyə bilmərik Azərbycanda təbliğat işi ən yüksək səviyyədədir. Bunu adiyyatı orqanlar da etiraf edirlər. Biz də etiraf edirik.Təbii ki, etiraf etmək istədiyimiz bir məqamda var ki, bütün işlərin başında maliyyə dayanır. Amma dövlət büdcəsindən müvafiq dövlət orqanlarına təbliğat üçün kifayət qədər vəsait ayrılır. O,cümlədən sığorta şirkətlərinin üzərinə qanunla öhdəlik qoyulub. Onlar öz gəlirlərinin ildə bir faizini yol qəza hallarının qarşısını almaq üçün təbliğat işlərinə həsr etməlidirlər. Bu cür imkanlar var. Bunlar qanunda yazılıb. Sığorta şirkəti öz bukletlərini paylamaqla adını qoyur ki, təbliğat apardım. Təbliğat elə deyil. Təbliğat aparılan zaman sosial roliqlər çəkilməlidir, sosial tədbirlər keçirilməlidir. İctimaiyyət nümayəndələri dəvət olunmalıdır. Açıq havada, zallarda tədbirlər olmalıdır. Biz bunu bir sayt olaraq edirik. Ancaq televiziya kanalları sosial çarxlara yer ayırmır. Qanunun tələblərindən irəli gəlir, yer ayırmalıdılar. Avtosfer.az saytı bunu təmənnasız olaraq edir. Heç vaxt dövlət yol polisindən, ictimayyətdən, sürücülərdən yaxud başqa bir orqandan maddi maraq güdmür. Biz sadecə öz imkanlarımız çərçivəsində təbliğat işləri görmüşük. Bu iki il ərzində də nəyə nail olmuşuqsa da onu da oxucularımız yaxşı bilər. Bizdə geriyə baxanda görürük ki, müəyyən uğurlar var.

E.Muradlı həmçinin zaman-zaman saytlarına qarşı olan hücümlara və aldığı təhdidlərə də toxunub. O qeyd edib ki, bunlar da yenə dövlət orqanları ilə bağlı məsələlərdir. Bu günləri də bu işin başını buraxmamışıq. Onunla maraqlanırıq. Təsadüflər nəticəsində öyrəndik ki, bu işlərin arxasında bir-iki məmur dayanıb. Onların adamları təşkil edib. Bəlkə də o məmurun heç xəbəri də yoxdur. Sadəcə o məmura yaranmaq istəyən, onun yanında bir az hörmət qazanmaq istəyən şəxslər bunu təşkil ediblər. Bu işin görülməsi üçün kifayət qədər də vəsait xərcləyiblər.Təsəvvür edin ki, Avtosfer.az saytını dağıtmaq üçün beş min manat pul xərcləyirlər. Hansı ki, o beş min manata yol hərəkətinin təhlükəsizliyi ilə bağlı beş dənə sosial video çarx hazırlayıb, təqdim etmək olardı. Cəmiyyət üçün faydalı iş görmək olardı. Belə yararsız məmurlar və yaxud da onların əlaltıları Avtosfer.az saytını iki dəfə hücum edib, dağidiblar. Birində daha uzun müddətli oldu. On dörd gün biz saytı işlədə bilmədik. Dörd-beş server dəyişdik, yenə vurdular. Dörd-beş adamın serverini sıradan çıxartdılar. Nədi-nədi məlumat vermişdik ki, filan məmurun bu qədər cərməsi var, ödəmir. Yaxud da, hansısa məmurun işciləri sürücüləri döyür, incidir. Bu tipli xəbərlərdən dolayı bizə hücumlar edildi. Biz adiyyatı orqanlanlara müraciət etmişik. Düzdü uzun müddət keçib ancaq ortada bir nəticə yoxdur. Təəsüflər olsun ki, "dedoks-atak” adlanan hücumları elə təşkil ediblər ki, onu da tapıb ortaya çıxarmaq vaxt aparır. Hücumların hardan oluğunu tapmaq çox çətindir. Təsəvvür edin ki,Avtosfer.az saytına Banqladeşdən hücum olunub. Banqladeşin nəyinə lazımdır Avtosfer.az saytı. Təbii ki,onu burdan o məmurların əlaltısı olan hakerlər incələyir, düzür, qoşurlar. Sistemi elə qururlar ki, eyni zamanda sayta yüz min adam giriş edir. Elə bir rəqəm real deyil. Bu saytı çökdürməyin bir vasitəsidir. Bu işi edənlər bilirlər ki, biz bunu edənin onlar olduğunu bilirik.Təəsüflər olsun ki, faydalı işlər etmək əvəzinə belə irgənc yollara əl atırlar. Bu proseslər indi də davam edir. Həmin məmurlar haqqında hər hansı bir sayt sərt yazı yazsa yenə o proses davam edir. Bu saytları sıradan çıxarırlar. İmkan vermirlər işləməyə. Belə çıxır ki, həmin o məmurlar qoçu dəstəyi saxladığı kimi hakerlər dəstəsi də saxlayırlar . Lazım olduqda hər hansısa saytı vurub sıradan çıxara bilsinlər. Belə biabrçı yanaşma var. Mətbuata qarşı bu cür hərəkətlər düzgün deyil. Bu çıxış yolu da deyil. Sən məmursan. Biz yazmışıq sənin dövlət büdcəsinə ödənməmiş cərmən var, girib ödəməlisən. Niyə mən ödəyirəm, sən ödəmirsən? Bundan incimək lazım deyil. Bu səbəbdən saytı vurub dağıtmaqmaq da olmaz.

Nihat