"İndiyə qədər işçi qrupları, nazirlər səviyyəsində çoxsaylı görüşlər keçirilib. 22 il ərzində dövlət başçılarının V sammiti keçirilib. Azərbaycan bu sənədin hazırlanmasında çox fəal şəkildə iştirak edib. Nəhayət, olduqca mühüm siyasi və iqtisadi əhəmiyyət daşıyan bu sənəd imzalandı.
"Bu Konvensiya Xəzər regionunda sabitliyin qorunmasına öz töhfəsini verəcək"
09:13 20.08.2018
Arxiv
661
"Azərbaycan, Rusiya, İran, Qazaxıstan və Türkmənistan prezidentlərinin Xəzərin hüquqi statusuna dair imzaladıqları Konvensiya tarixi bir hadisədir".
Bunu "Sherg.az"a millət vəklili Rauf Əliyev bildirib.
Parlamentari qeyd edib ki, bu sənədin hazırlanmasına 1996-cı ildən başlanılıb:
"İndiyə qədər işçi qrupları, nazirlər səviyyəsində çoxsaylı görüşlər keçirilib. 22 il ərzində dövlət başçılarının V sammiti keçirilib. Azərbaycan bu sənədin hazırlanmasında çox fəal şəkildə iştirak edib. Nəhayət, olduqca mühüm siyasi və iqtisadi əhəmiyyət daşıyan bu sənəd imzalandı. Ötən illər ərzində Azərbaycan, Qazaxıstan, Rusiya, həmçinin Qazaxıstan və Türkmənistan öz aralarında dənizin şimal hissəsinin orta xətt prinsipi ilə bölünməsini razilaşdırmışdılar. Nəhayət V sammitdə xəzərin dibinin, dəniz suyunun göl kimi bölününməsinə dair razılıq əldə oldundu.
Xəzər hövzəsi dünyanın ən strateji yerlərindən biridir. İpək Yolunun üstündə yerləşən bu hövzə Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizinin inkişafı üçün böyük potensiala malikdir. Xəzər hövzəsi eyni zamanda karbohidrogen ehtiyatları ilə zəngin olan bir hövzədir.
Bir çox hallarda bu ehtiyatlardan istifadə, hasil olan neft və qazın daşınması zamanı Xəzəryanı dövlətlər arasında müəyyən anlaşılmazlıqlar və mübahisələr yaranırdı. Bu nöqteyi nəzərdən imzalanmış sənədin əhəmiyyəti həddindən artıq böyükdür.
Bu sənədin imzalanması Xəzəryanı ölkələr arasında mövcud olan ikitərəfli münasibətlərin daha yüksək səviyyəyə çatdırılmasına və bu ölkələr arasında çoxtərəfli siyasi, iqtisadi, mədəni və digər sahələri əhatə edən əlaqələrinin daha da genişlənməsinə və inkişaf etməsinə əlverişli şərait yaradacaq. Ümumilikdə Xəzər regionunda təhlükəsizliyin və sabitliyin qorunub saxlanılmasına öz töhfəsini verəcəkdir".
Qeyd edək ki, Azərbaycan, Rusiya, İran, Qazaxıstan və Türkmənistan prezidentləri tərəfindən 12 avqust 2018-ci il tarixdə Qazaxıstanın Aktaua şəhərində Xəzəryanı ölkələrin V sammitində Xəzərin hüquqi statusu haqqında Konvensiya imzalanıb.
Ayyət Əhməd
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bugünkü varlılar "axmaq" şeylərə pul xərcləyirlər - İDDİA
04:52 02.11.2026
Dünya
Billi Ayliş sevgilisi ilə
04:14 02.11.2026
Şou
Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi
03:38 02.11.2026
Maraqlı
İsraildə seçkilərə mümkün xarici müdaxilə araşdırılır
03:03 02.11.2026
Aktual
Göygöldə bələdiyyənin mühasibi iş otağında ölü tapılıb
01:44 02.11.2026
Hadisə
Bakının bir sıra ərazisində işıqlar sönəcək
01:25 02.11.2026
İnfrastruktur
ABŞ-də təyyarə qəzasında 9 nəfər ölüb - Yenilənib
01:11 02.11.2026
Dünya
ABŞ-da özəl təyyarə küçənin ortasına düşdü: ölənlər var
00:34 02.11.2026
Dünya
Makqreqor karyerasını başa vurur
00:08 02.11.2026
İdman
Öcalan azadlığa çıxdı - Sensasiya
23:51 01.11.2026
Aktual
Fəqan Azadəliyev Dövlət Yol Polisi İdarəsinə rəis təyin olundu
23:30 01.11.2026
Cəmiyyət
Sumqayıtda zəncivari qəza baş verdi
22:02 01.11.2026
Hadisə
“Müharibəyə son qoymalıyıq” - İran Türkiyəni ünvan göstərdi
21:25 01.11.2026
Gündəm
"Şərq"də təkcə yazmağı yox, həyatı da öyrəndim - SEVGİ MƏKTUBU
20:52 01.11.2026
Media
Dədə Qorqud parkında meyit tapıldı
20:33 01.11.2026
Hadisə