"Sakinlər başa düşməlidir ki, onların istehlakçı hüquqları pozulmur, əksinə, təhlükəsizliyi təmin olunur"
Bu qanun pozuntusu deyil
09:43 30.11.2018
Arxiv
557
Təhlükə varsa qaz xəbərdarlıqsız kəsilə bilər
"Sakinlər başa düşməlidir ki, onların istehlakçı hüquqları pozulmur, əksinə, təhlükəsizliyi təmin olunur"
"Sakinlər başa düşməlidir ki, onların istehlakçı hüquqları pozulmur, əksinə, təhlükəsizliyi təmin olunur"
Soyuq aylarda qazın birdən-birə kəsilməyi şəhər sakinlərinin narazılığına səbəb olub. Aidiyyəti qurumlar təmir işlərini, xətlərin birləşdirilməsini və mövsümi hazırlıqları əsas gətirsə də, sakinlər mövcud vəziyyətdən şikayətçidir.
Xüsusilə Nəsimi və Yasamal rayon sakinləri xəbərdarlıq edilmədən tez-tez qaz kəsilməsi ilə rastlaşdıqlarını bildiriblər. Onlar istehlakçı hüquqlarının pozulduğunu və müəyyən xəbərdarlıq edilməsinin vacib olduğunu deyirlər.
Bəzən nəinki qaz, eyni zamanda işığın və suyun da qəflətən kəsilməsi ilə rastlaşmışıq. Maraqlıdır, kommunal xidmətlərdən istifadənin kəsilməsinə dair qabaqcadan xəbərdarlıq edilməməsi nə dərəcədə düzgündür?
Məsələ ilə bağlı "Şərq”ə danışan Azad İstehlakçılar Birliyinin kommunal məsələlər üzrə eksperti Nüsrət Qasımov qazın birdən-birə kəsilməsi zamanı sakinlərin heç bir hüquqlarının pozulmadığını bildirib. Ekspertin sözlərinə görə, bəzən təhlükəli məqamlarda əhaliyə xəbərdarlıq edilməsi zaman qıtlığı baxımından mümkün deyil:
"Qazdan təhlükəsiz istifadə qaydaları var. Həmin qaydalarda yazılıb ki, əgər təhlükə varsa, qəza hadisəsi baş verə bilərsə, bunun qarşısını almaq məqsədi ilə qazı istənilən vaxt istənilən müddətə bağlamaq olar. Burada heç bir qanun pozuntusu yoxdur. Yasamalda 50-60 min adam yaşayır. Bu qədər əhalini xəbərdar etmək mümkün deyil. Dünyanın hər yerində bu belədir. Yəni digər ölkələrdə də ekstremal-təhlükəli vəziyyətdə xəbərdarlıq edilmədən qazlar kəsilə bilər. Qaz sızması barədə qəza xidmətinə məlumat daxil olursa, qəza xidməti 5 dəqiqə müddətində təhlükəli əraziyə çıxmalıdır. Əgər 6 dəqiqəyə çıxırsa, bu, artıq qanun pozuntusu sayılır. Belə olan hallarda isə qaz verilişi dərhal dayandırılmalıdır ki, partlayış olmasın.
Qaz yüksək təhlükə mənbəyidir. Məsələn, bir evin yanında mina tapıblar. Onda gözləməlidirlər ki, müvafiq qurumlar nə vaxt gələcək və minanı zərərsizləşdirəcəklər. Ona görə də dərhal həmin ərazini dairəyə alırlar və işlər aparırlar. Amma qazın partlayışı mina partlayışından da güclü və təhlükəlidir.
Sakinlər başa düşməlidir ki, onların istehlakçı hüquqları pozulmur, əksinə, təhlükəsizliyi təmin olunur”.
Ekspert bildirib ki, işıq və suyun kəsilməsi zamanı müəyyən xəbərdarlıqlar etmək olar:
"Su və işıq qəfildən kəsilərsə, elə də ciddi problemlər baş vermir. Əhaliyə xəbərdarlıq etmədikləri üçün kimisə günahlandırmaq heç bir ədalətə uyğun gəlmir. İnsanlar bunu anlamalıdırlar. Çalışmaq lazımdır ki, qaz ilə bağlı qəza halları olmasın. 4-5 saat qazsız olmaqla dünya dağılmır. Biz 30-cu illərə qədər heç bilmirdik qaz nədir. İnsanlar odunla, mazutla, kömürlə yaşayırdılar. Ona görə ilk növbədə əhalinin təhlükəsizliyini təmin etdiklərini alqışlamaq lazımdır”.
Yeganə Bayramova
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Yusif Dursunov Avropa çempionu olaraq adını tarixə yazdırdı -FOTO
16:02 04.09.2026
İdman
Bakıda III Beynəlxalq Ailə Hüququ Konfransı keçirilib - FOTO
15:56 04.09.2026
Aktual
Vaqif Sadıqov Azərbaycanın İsveçrədəki səfiri təyin edilib
15:17 04.09.2026
Gündəm
Avropa İttifaqı və Rusiya 2030-cu ilədək müharibəyə başlaya bilər
15:01 04.09.2026
Dünya
ABŞ 101 haitilini ölkədən deportasiya etdi
14:54 04.09.2026
Dünya
Putin MDB ölkələrinə çağırış etdi
14:37 04.09.2026
Dünya
Payız fəsli Azərbaycana sentyabrın 23-ü daxil olacaq
12:56 04.09.2026
Ekologiya
ADY 8 ayda yeddi milyondan çox sərnişin daşıyıb
12:55 04.09.2026
İnfrastruktur
ABŞ hərbçiləri İran sərhədinə gəlir? - Rusiyadan XƏBƏRDARLIQ!
12:52 04.09.2026
Gündəm
Sabah 35 dərəcə isti olacaq
12:50 04.09.2026
Ekologiya
Türkmənistan Prezidenti Ermənistana səfər edəcək
12:28 04.09.2026
Gündəm
Bakıda arvadını ölümlə hədələyən kişi həbs edildi – TƏFƏRRÜAT
11:42 04.09.2026
Hadisə
Tramp Azərbaycanla bağlı paylaşım etdi
11:40 04.09.2026
Gündəm