Bu rayonun əhalisinin yarısı nurçudur - Şok açıqlama
11:56 16.04.2014
Arxiv
662
"Göyçayda gənclərə pul verib nurçuluğa cəlb edirlər. Əhalinin yarıya qədəri bu təriqətə qulluq edir. Türklərin rayonda bir-iki zavodu var. Orada işə düzəlmək üçün insanlar asanlıqla nurçu olurlar".
Bunu teleqraf.com-a açıqlamasında Göyçaydan olan hüquq müdafiəçisi Vidadi isgəndərli bildirib.
Daxili İşlər Nazirliyi aprelin 11-də Göyçayda "nurçu” dini təriqətinin ardıcıllarına qarşı əməliyyat keçirib. Təriqət üzvləri - Göyçay rayon sakinləri Şahin Həsənovun, İlham Həmidovun, Qəbələ rayon sakini Zəkəriyyə Məmmədovun dəvətləri əsasında Türkiyə vətəndaşları "Fırıncı abi” ləqəbli Gülec Mehmet Nuri, Koçoğlu Himmet Uyar Qadir, Uyar Mustafa Kemal, Karagözoğlu Nureddin, Ömer Güzəddəmirçi, həmçinin Bakı şəhər sakinləri Fəxrəddin Xanlayev, Yusif Dadaşov Z.Məmmədova məxsus Göyçay şəhəri Bakı küçəsindəki evdə Qəbələ, İsmayıllı, Ağdaş, Zaqatala və Ucar rayon sakinlərindən ibarət 60-70 nəfərlə toplantı keçiriblər.
V.İskəndərli qeyd etdi ki, yerli sakinlər Türkiyə vətəndaşlarına məxsus zavodlarda, ancaq aşağı vəzifələrə götürülürlər: "Rəhbər vəzifələrdə Türkiyə nurçularıdır. Məgər, Göyçayda kadr yoxdur ki, orada çalışsın? Rayonda nurçuların asfalt zavodu var. Demək olar ki, bütün işçilər Türkiyədən gətirilib. Göyçay çayını Qəbələyə qədər pis hala salıblar. Çaydakı daş-qumu daşıyıb aparırlar. Fövqəladə Hallar Nazirliyi onları cərimələyib. Bir neçə karxana bağlanıb".
V.İskəndərli əlavə etdi ki, o, hazırda Göyçaydadır və nurçulara məxsus olduğu bildirilən zavodun fəaliyyətilə maraqlanır: "Aidiyyəti qurumlara müraciət edəcəm ki, onun fəaliyyətini araşdırsınlar".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ailəsini qətlə yetirib şəhər meydanına hücum etdi - Təfərrüatlar
15:15 08.11.2026
Hadisə
Türkiyə Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi olub
15:12 08.11.2026
Rəsmi
Ukrayna səfiri Azərbaycanı təbrik etdi
15:00 08.11.2026
Siyasət
“Bakıda çay içmək” arzusu həbsxanada gerçəkləşdi - ŞƏRH
14:50 08.11.2026
Siyasət
“Qalatasaray” Rafael Leaonun zədələndiyini açıqlayıb
14:11 08.11.2026
Futbol
Zaxarova: Makronun gizlənmək üçün bunkerə ehtiyacı var
13:56 08.11.2026
Dünya
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana gəldi - FOTO
13:45 08.11.2026
Gündəm
Rusiya XİN: İran MDB-yə qoşula bilər
13:33 08.11.2026
Region
Mansur Yavaş Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi
13:10 08.11.2026
Siyasət
Özgür Özəl Azərbaycanı təbrik etdi
13:05 08.11.2026
Siyasət
Xankəndidə Zəfər Muzeyi olacaq
12:28 08.11.2026
Rəsmi
Sabah şimşək çaxacaq, leysan yağacaq - PROQNOZ
12:24 08.11.2026
Ekologiya
İlham Əliyev: Döyüş meydanında düşmənin belini qırdıq
12:14 08.11.2026
Rəsmi
Hikmət Mirzəyev şəhid övladları ilə görüşdü
11:58 08.11.2026
Hərbi
Kasım-Jomart Tokayev Prezident İlham Əliyevi təbrik edib
11:30 08.11.2026
Rəsmi