Bu, sahibkarlara mənfi təsir göstərə bilər- İDDİA





Azərbaycana idxal olunan avtomobillərin sayının azalmasının səbəbi iqtisadi problemlərdən qaynaqlanır. 

Bu barədə Sherg.az-a nəqliyyat üzrə ekspert Ərşad Hüseynli bildirib. Onun sözlərinə görə, bu azalma sahibkarlıq və texniki xidmətlə məşğul olan şəxslərin fəaliyyətinə mənfi təsir göstərə bilər: " Digər tərəfdən isə tıxacların, avtomobil sıxlığının azalması baş verəcək. Ümumiyyətlə, Azərbaycanda avtomobilləşmə prosesi hələ qabaqdadır. Lakin xaricdən gətirilən avtomobillərin azalması yerli istehsalı artırmayacaq. Daxili bazarda hələ ki, idxal edilən avtomobillərlə rəqabət aparacaq avtomobil istehsal edilmir”.

Qeyd edək ki, Dövlət Gömrük Komitəsinin açıqladığı statistikaya əsasən ötən ilin analoji dövrü ilə müqayisədə ölkəyə idxal olunan avtomobillərin sayı 19 870 ədəd avtomobil və ya 5,57 dəfə azalıb.

Aysel Aslan