Bu uşaq sağ qala bilərdimi?

Onun həyatda qalması anasının həkimlərə söylədiyi kiçik bir yalanla reallaşdı
Amiliya Taylor 284 qram ağırlıqla dünyaya gələn və bütün dünyanı çox kiçik ölçüsüylə heyrətə salan möcüzə bir körpədir. Bu qədər balaca bir körpənin həyatda qalması isə anasının həkimlərə söylədiyi kiçik bir yalanla reallaşdı. Dünyanın ən kiçik körpəsi olaraq tanınan o möcüzə qız artıq olduqca sağlamdır…
Dünya gündəmini zəbt edən Amiliya Taylor doğulanda hələ 21 həftəlik idi. Kiçik qız uşağının bu gün hələ həyatda olmasının səbəbi isə anasının həkimlərə körpəsinin 24 həftəlik  olduğunu söyləməsidir. Beləcə həkimlər abort limitini aşdığını düşündükləri körpəni qurtarmaq üçün hər şeyi etdi və bacardılar. Dünyanın ən kiçik körpəsi həyata qaldı. Körpənin anası Sonya isə "Ona ilk baxdığım andan etibarən yaşayacağını bilirdim" deyir. Həkimlər körpənin gerçək yaşını isə 1 ay sonra anlamışlar. 4 ay xəstəxanada qaldıqdan sonra normal həyata dönən Amiliya Taylor bu gün sağlam bir şəkildə həyatına davam edir.