Buraxılış imtahanlarında yüksək nəticə əldə olunub
20:55 22.06.2016
Arxiv
1650
“Demək ki, müəllimlərin əməyi və çəkdikləri zəhmət öz bəhrəsini verir”
Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə builki buraxılış imtahanlarının nəticələrinin əvvəlki illərlə müqayisədə qənaətbəxş olduğunu deyib. Cənub bölgəsində iyunun 16-da buraxılış imtahanlarının ilkin nəticələrinə görə, məzunlar ötən illə müqayisədə 5-6 faiz yuxarı nəticə göstəriblər.
Respublikanın Əməkdar müəllimi, təhsil eksperti Almaz Həsrət isə "Şərq”ə açıqlamasında bu il keçirilən buraxılış imtahanlarının ilkin nəticələrinə görə məzunların ötən illə müqayisədə bir qədər yuxarı nəticə göstərmələrinin çox sevindirici bir hal olduğunu deyib: "Amma bunun bir neçə tərəfini açıqlamaq istərdim. Nəticələrin müsbətə doğru dəyişməsinin əsas səbəblərindən biri təhsildə son ildə aparılan inkişafyönlü layihələrin uğurla həyata keçirilməsidir. Məktəblərdə daha maraqlı dərslərin keçirilməsi üçün müəllimlərin tədrisə daha yaradıcı yanaşmasıdır. Həmçinin şagirdlərin marağına uyğun maraqlı dərslərin qurulmasındandır. Rayon və kənd məktəblərində şagirdlərin nəticələrinin yüksək göstəricisi, orada dərs deyən müəllimlərin bilik və bacarığının göstəricisi deməkdir. Demək ki, müəllimlərin əməyi və çəkdikləri zəhmət öz bəhrəsini verir. Buraxılış imtahanlarından yüksək nəticə göstərən məzunların digər əsas göstəriciləri isə verilən tapşırıqların keçdikləri dərsləri tam əhatə etməsi ilə bağlıdır. Məlumdur ki, öncəki sualların bəzilərində çətinlik dərəcəsi çox idi. Amma son illər bu imtahan suallarında şagirdlərin yaşına və keçdikləri dərslərin məzmununa uyğunlaşdırılmış suallar salınır. Ona görə də, həm psixoloji, həm də tam məzmunlu hazırlıqlı məzun imtahandan uğurla çıxır. Mənim bir şəxsi mövqeyim də var. Bu odur ki, bəzən biz məzunları qiymətləndirərkən yalnız buraxılış imtahanlarında və qəbulda aldıqları balla ölçürük. Əslində isə bu belə olmamalıdır. Ən əsas göstərici və ən əsas qiymətləndirmə o vaxt olur ki, məzun Vətəninə, torpağına, ailəsinə, cəmiyyətinə layiq bir nümunəvi övlad olsun. Ən əsası mükəmməl və əsl vətənpərvər olsun. Nəticələri yüksək və ya aşağı olursa, bu nəticə məzunun deyil, həmin fərdin təhsil aldığı müəssisənin bilik göstəricisi deməkdir. Əgər məzunların göstəricisi yaxşıdırsa, demək ki, həmin məktəbdəki tədris də yaxşıdır və ya əksinə. Qısası, son durum təhsil siyasətində son illər aparılan uğurlu islahatların nəticəsidir. İslahatların uğurla reallaşdırılması üçün daha keyfiyyətli kadr potensialı və tam da olmasa, müxtəlif texniki təchizatlarla təminatlı olan tədris müəssisələrinin sayı durmadan artır.
İnşallah əminəm ki, gələcəkdə cəmiyyətimiz üçün savadlı, bacarıqlı, ən əsası da torpağına bağlılığı ilə seçilən əsl vətənpərvər gənc nəsillə öyünəcəyik”.
Şəymən
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zelenski Türkiyədə səfərdədir
16:36 31.10.2026
Gündəm
İran ABŞ-nin təkliflərini qəbul etdi
16:35 31.10.2026
Dünya
Sobçak və həyat yoldaşının Latviyaya girişi qadağan edildi
15:37 31.10.2026
Dünya
Sabah meteohəssas insanlar üçün hava əlverişli olacaq
15:25 31.10.2026
Hadisə
Göygöldə maşın dərəyə aşıb, xəsarət alan var
15:14 31.10.2026
Hadisə
Müctəba Xamenei orduya əmr verdi - “Vurun”
14:51 31.10.2026
Gündəm
ABŞ-İran danışıqlarında irəliləyiş əldə olunduğu iddia edilir
14:04 31.10.2026
Dünya
Uşaqlar üçün qızıl qaşıq dəbə mindi - Tələbat artır
13:58 31.10.2026
Maraqlı
Ukrayna Rusiyaya məxsus Mi-8 helikopterini dronla vurub
12:53 31.10.2026
Dünya
Tramp Ərdoğanla 24 saatda niyə 2 dəfə danışdı?
12:51 31.10.2026
Dünya
ABŞ-dən ərəb ölkələrinə: Hazır olun, İrana hücum edirik
12:17 31.10.2026
Dünya
Böyük Britaniya İrana xəbərdarlıq etdi
12:04 31.10.2026
Dünya
“Beşiktaş” və “Qalatasaray” eyni futbolçunu transfer etmək istəyir
11:53 31.10.2026
Futbol
Gəncədə 68 yaşlı kişini cərəyan vuraraq öldürüb
11:52 31.10.2026
Hadisə
Rusiyanın iri neft emalı zavoduna PUA hücumu olub, yanğın baş verib
11:40 31.10.2026
Dünya