Burnu olmadan doğulmuşdu

2 yaşlı uşaq üçün həkimlər yeni bir burun yaradır
İrlandiyada yaşayan Tessa Evansın doğulandan bəri burnu yoxdur.
Sinusları olmayan möcüzəli körpə, heç qoxu hiss etmir, ancaq öskürə, asqıra bilir, hətta soyuqlama da keçirir. Dünyada bu günə qədər yalnız 47 adamda təsadüf edilən bu vəziyyətə qarşı mütəxəssislər bir ilkə imza atıb. Tessa üçün həkimlər yeni bir burun yaradır.
Tessa Evansa qoyulacaq süni burun tibb dünyasında yeni bir mərhələdir. 2 yaşlı talehsiz qız uşağı dünyada burun implantı ediləcək ilk adam olacaq. Həkimlərin böyük bir incəliklərlə çalışdığı əməliyyatın nəticə verməsi vaxt aparır. İllərlə sürəcək işdə Tessanın burnu müəyyən zaman kəsiyində çıxacaq. Gərgin dəriyə yerləşdirilən toxuma illər içində inkişaf edərək böyüyəcək. Kiçik qızın burnu artıq gözlə görünən bir şəkil alıb. Tibb tarixində yalnız 47 burunsuz doğulan körpə var. Bu 47 hadisədən biri olan Tessanın üzərində edilən implant çalışması tibb dünyası üçün böyük bir müvəffəqiyyət olacaq. Tessanın ailəsi də söz mövzusu olan əməliyyatdan sonra olduqca xoşbəxtdir.