Buruq doğuldu, ana və atası tərk etdi

Talesiz körpəyə babası sahib durdu
Hindistanda iki həftəlik körpə nadir görülən bir xəstəliklə doğulduğu üçün ana və atası tərəfindən tərk edildi.
Hamiləlik zamanı və ya genetik səbəblərə görə baş verən xəstəlik səbəbiylə körpə buruq bir dəriyə sahib olaraq doğuldu. Ana Mamata Dode və ata Ajay Dode iki həftəlik körpəsini fərqli görünüş üzündən rədd etdi. Bu zaman babası Dilip Dode körpəyə baxılmasını  boynuna götürdü. Babası yeni doğulan körpəni qaşıq istifadə edərək keçi südüylə bəsləqib. Doğulduqdan dərhal sonra xəstələnən körpəni xəstəxanaya gətirən baba, ödənişsiz müalicə dəstəyi verdiklərinə xəstəxanaya minnətdar olduğunu söylədi.(milliyet.com)
Qızının hamiləliyi zamanı tez-tez xəstaxanaya getdiyini, lakin həkimlərin körpənin xəstəliyi haqqında bir şey söyləmədiklərini ifadə edən baba sözlərinə belə davam etdi: "Körpənin xəstəliyi qonşular və qohumlar arasında dərhal yayıldı. İnsanların körpənin nəyə bənzədiyini görməyə gəlirlər. Körpəni gördükdən sonra da qorxu içində evdən çıxırlar. Kimsə körpəyə toxunmaq istəmir."Bu şəkildə doğulan körpənin günahı olmadığını söyləyən baba, tək istəyinin körpənin sağlamlığına qovuşması, ailə hələ körpəni qəbul etməməkdə israr etməsi vəziyyətində isə körpəni özünün böyüdəcəyini də sözlərinə əlavə etdi. Həkimlər isə körpənin müalicəyə cavab verdiyini və testlərin ardından xəstəliyin genetik olub olmadığını anlaya biləcəklərini söyləyir.