Buynuz qişanın transplantasiyasına başlanılır: 3 min xəstə gözləyir
09:25 07.11.2017
Arxiv
403
Bu aydan etibarən Milli Oftalmologiya Mərkəzində gözün buynuz qişasının transplantasiyasının icrasına başlanacaq. Lent. az-ın məlumatına görə, bunu mərkəzin aparıcı elmi işçisi Fərəh Abduləliyeva deyib. Onun sözlərinə görə, hazırda mərkəzdə 3 min xəstə bu əməliyyatı gözləyir. Xəstələrin 20 faizini uşaqlar, 80 faizini böyüklər təşkil edir. Toxumalar əsasən ABŞ, İran, Rusiyadan gətiriləcək. Birinci etapda təcili köçürülməyə ehtiyacı olanlar əməliyyat olunacaq. F. Abduləliyeva qeyd edib ki, 18 yaşdan sonra buynuz qişanın zədələnmələri, yaşlı adamlarda əməliyyat sonrası yaranmış fəsadlar bu əməliyyata göstərişdir: "Bu vaxta qədər xəstələr İran, Rusiya, Türkiyəyə üz tuturdular. Milli Oftalmologiya Mərkəzində göz bankı var. İdxal olunan buynuz qişasının normal saxlanması üçün şərait yaradılıb".
Mərkəzin əməkdaşı onu da qeyd edib ki, gələcəkdə buynuz qişanın transplantasiyası 2 mərkəzdə - Milli Oftalmologiya və Respublikası Diaqnostika mərkəzlərində aparılacaq.
Bir neçə həftəyə Azərbaycana gətirilmək üçün buynuz qişası sifariş ediləcək: "Artıq banklara xəbər verilib, sənədləşmə bitəndən sonra buynuz qisası idxal olunacaq. Bu əməliyyatları respublika üzrə 4 həkim - Mərkəzdən Cəmil Həsənov, Fərəh Abduləliyeva, Emil Hüseynov, Respublika Diaqnostika Mərkəzindən isə Xəlil Hüseynov icra edəcək.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğan: “Bakının sevinci Ankaranın sevincidir”
16:40 08.11.2026
Gündəm
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya
Ailəsini qətlə yetirib şəhər meydanına hücum etdi - Təfərrüatlar
15:15 08.11.2026
Hadisə
Türkiyə Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi olub
15:12 08.11.2026
Rəsmi
Ukrayna səfiri Azərbaycanı təbrik etdi
15:00 08.11.2026
Siyasət
“Bakıda çay içmək” arzusu həbsxanada gerçəkləşdi - ŞƏRH
14:50 08.11.2026
Siyasət
“Qalatasaray” Rafael Leaonun zədələndiyini açıqlayıb
14:11 08.11.2026
Futbol
Zaxarova: Makronun gizlənmək üçün bunkerə ehtiyacı var
13:56 08.11.2026
Dünya
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana gəldi - FOTO
13:45 08.11.2026
Gündəm
Rusiya XİN: İran MDB-yə qoşula bilər
13:33 08.11.2026
Region