Cari il meteoroloji müşahidələr tarixində ən isti dövrlərdən biri olacaq
17:40 29.11.2018
Arxiv
858
Bu il meteoroloji müşahidələr tarixində ən isti dövrlərdən biri olacaq.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, bu barədə məlumat noyabrın 29-da Dünya Meteorologiya Xidmətinin 2018-ci ildə iqlimin vəziyyəti barədə dərc olunan ilkin bəyanatına əksini tapıb.
Təşkilatın məlumatına görə, cari ildə uzun vədəli istiləşmə tendensiyası və dünyanın orta temperaturu çox güman ki, müşahidələr tarixində qeydə alınan isti dövrlər arasında dördüncü yeri tutacaq. Müşahidələr tarixinin ən isti 20 ili isə son 22 ilə təsadüf edib.
Məruzədə qeyd olunur ki, ilin ilk on ayında dünyanın orta temperaturu demək olar ki, 1 dərəcə artaraq sənayeləşmədən öncəki baza səviyyəsini keçib. Hazırkı tendensiyanın davam edəcəyi təqdirdə yüzilliyin sonuna qədər havanın hərarəti 3-5 dərəcə qalxa bilər.
Qlobal istiləşmə nəinki buzlaqların əriməsi və dünya okeanının səviyyəsinin qalxması təhlükəsini yaradır. Planetimizdə temperaturun yüksəlməsi ekstremal iqlim dəyişikliyi hallarının artmasına da səbəb olur. Bunun kənd təsərrüfatına təsiri natamam qidalanma probleminin aradan qaldırılması üzrə əldə olunan uğurları minimum həddə endirə bilər.
Dünya Meteorologiya Xidməti vəziyyətin bu cür inkişaf edəcəyi təqdirdə 2019-cu ilin əvvəlkilərdən daha isti keçə biləcəyini də qeyd edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
M7 nömrəli ekspres marşrutu fəaliyyətə başlayır
16:37 04.09.2026
İnfrastruktur
Bəzi ərazilərə yağış yağacaq
16:30 04.09.2026
Ekologiya
Yusif Dursunov Avropa çempionu olaraq adını tarixə yazdırdı -FOTO
16:02 04.09.2026
İdman
Bakıda III Beynəlxalq Ailə Hüququ Konfransı keçirilib - FOTO
15:56 04.09.2026
Aktual
Vaqif Sadıqov Azərbaycanın İsveçrədəki səfiri təyin edilib
15:17 04.09.2026
Gündəm
Avropa İttifaqı və Rusiya 2030-cu ilədək müharibəyə başlaya bilər
15:01 04.09.2026
Dünya
ABŞ 101 haitilini ölkədən deportasiya etdi
14:54 04.09.2026
Dünya
Putin MDB ölkələrinə çağırış etdi
14:37 04.09.2026
Dünya
Payız fəsli Azərbaycana sentyabrın 23-ü daxil olacaq
12:56 04.09.2026
Ekologiya
ADY 8 ayda yeddi milyondan çox sərnişin daşıyıb
12:55 04.09.2026
İnfrastruktur
ABŞ hərbçiləri İran sərhədinə gəlir? - Rusiyadan XƏBƏRDARLIQ!
12:52 04.09.2026
Gündəm
Sabah 35 dərəcə isti olacaq
12:50 04.09.2026
Ekologiya
Türkmənistan Prezidenti Ermənistana səfər edəcək
12:28 04.09.2026
Gündəm