“Çatayev Gürcüstanda yox, Rusiyada yaşayıb”
20:32 04.07.2016
Arxiv
679
“Ona görə də məsələni daha dəqiq araşdırmaq lazımdır”
İstanbulun "Atatürk” Hava Limanındakı teraktın təşkilatçısı çeçen əsilli Əhməd Çatayev Saakaşvilinin hakimiyyəti dövründə Gürcüstan xüsusi xidmət orqanlarının agenti olub. Bunu Gürcüstan parlamentinin Müdafiə və milli təhlükəsizlik komitəsinin sədri İrakli Sesiaşvili deyib. Onun sözlərinə görə, Çatayev agent kimi Gürcüstanın operativ pasportunu daşıyıb:
"Məhz həmin pasportla müxəlif ölkələrə gedərək orada xüsusi tapşırıqları icra edib və buna görə maaş alıb”. Xatırladaq ki, Odessanın qubernatoru Saakaşvili İstanbul terrorunda Gürcüstan hökumətini ittiham edib. Eks-prezident Bidzina İvanişvili hakimiyyətini cinayətkar Çatayevi həbsdən buraxmaqda suçlayıb. İddia barədə "Şərq”ə danışan təhükəsizlik orqanlarının sabiq əməkdaşı, siyasi ekspert Arzu Nağıyev deyib ki, Çatayevin hansı ölkənin kəşfiyyat xidmətinə qulluq etdiyini dəqiq söyləmək mümkün deyil. Çünki "yaxşı mütəxəssis” kimi tanınan çeçen terrorçu istənilən xarici dövlətin kəşfiyyat orqanlarında, yaxud terror təşkilatlarında maraq oyada bilər: "Çatayevin "bacarığını” öyrənən kəşfiyyat xidmətləri və ya terror qruplaşmaları müəyyən pul müqabilində ondan istifadə edə bilərlər. Yəni xüsusi xidmət orqanları ilə onun əməkdaşlığı şəxsi müstəvidə də mümkündür. Ancaq Çatayevin həqiqətən gürcü agenti olması və öz xidmətini könüllü şəkildə digər kəşfiyyat orqanlarına təqdim etməsi sual doğuran məsələlərdir. Çatayev Avstriya vətəndaşlığını qəbul edib və orada siyasi sığınacaq alıb. Düşünürəm ki, bəzi dairələr onun gürcü agenti olmasını şişirdərək Türkiyə-Gürcüstan əlaqələrinə ziyan vurmağa çalışır. Kim olmasından asılı olmayaraq, Çatayev terrorçudur, İŞİD üzvüdür və eyni zamanda Rusiyadan getmiş qaçqındır. Milliyətcə çeçen olan Çatayev Gürcüstanda yox, Rusiyada yaşayıb. Ona görə də məsələni daha dəqiq araşdırmaq lazımdır”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Huawei”in yeni telefon markası “Starlight” olacaq
06:42 31.10.2026
Texnologiya
Xüsusi aparata ehtiyac yoxdur - Tiftiyi bir hərəkətlə yox edir
06:06 31.10.2026
Relaks
Çin Almaniya ilə süni intellekt sahəsində əməkdaşlıq edəcək
05:25 31.10.2026
Dünya
Qırmızı xalıda opüşdülər!
04:50 31.10.2026
Şou
Hakan Fidan Marko Rubio ilə görüşdü
04:14 31.10.2026
Gündəm
Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır
03:33 31.10.2026
Sağlamlıq
"Qızıl top" səsverməsində rəsmi nəticələr açıqlandı
01:32 31.10.2026
Futbol
Erməni ombudsmandan "türk" sözü ilə bağlı - BƏYANAT
01:11 31.10.2026
Cənubi Qafqaz
ABŞ Yaxın Şərqə əlavə hərbi texnika göndərir
00:49 31.10.2026
Gündəm
ABŞ Ukraynaya 500 ədəd "Patriot" raketi satacaq
23:50 30.10.2026
Aktual
Qızılın qiyməti xeyli ucuzlaşdı
23:31 30.10.2026
İqtisadiyyat
Abbasdan Ankaranı aşağılayan addım - Türkiyə “səssiz” qaldı
23:10 30.10.2026
Dünya
Lyayen: Aİ və Kanada unikal tərəfdaşlıq yaradırlar
21:50 30.10.2026
Aktual
Aİ Ukraynaya 2027-ci il üçün 45 milyard avro yardım ayırıb
20:40 30.10.2026
Aktual
Premyer Liqa: "Sabah" səfərdə "Turan Tovuz"a məğlub olub
20:31 30.10.2026
Futbol