Cavid Osmanov - YAP-ın Ağdaş seçki dairəsi üzrə deputatlığa namizədi müəyyənləşdi
13:24 28.04.2016
Arxiv
2934
Hakim Yeni Azərbaycan Partiyası (YAP) 90 saylı Ağdaş seçki dairəsi üzrə təkrar seçkidə iştirak edəcək namizədini müəyyənləşdirib.
Aprelin 28-də hakim partiyanın İdarə Heyətinin iclası keçirilib. İclasda YAP-ın iyunun 18-də keçiriləcək təkrar parlament seçkisində iştirak etməsi haqda qərar qəbul edilib.
İdarə Heyətinin qərarı ilə 90 saylı Ağdaş seçki dairəsindən YAP-ın Ağdaş rayon təşkilatının sədri Cavid Osmanovun namizədliyi irəli sürülüb.
Qeyd edək ki, Prezident İlham Əliyev 90 saylı Ağdaş seçki dairəsi üzrə Azərbaycan Milli Məclisinə təkrar seçkilərin 2016-cı il iyunun 18-də keçirilməsi ilə bağlı sərəncam imzalayıb. Mərkəzi Seçki Komissiyası da (MSK) həmin seçki dairəsi üzrə təkrar seçkilərin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planını təsdiq edib. (modern.az)
Xatırladaq ki, MSK noyabrın 17-də keçirilən iclasında 90 saylı Ağdaş seçki dairəsində qeydə alınmış deputatlığa namizədlərin müraciəti əsasında həmin dairədə seçkilərin nəticələrini ləğv edib. 90 saylı dairə üzrə lider namizəd IV çağırış Milli Məclisin deputatı, "AGBank" Müşahidə Şurasının sədri Çingiz Əsədullayev olub.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rusiya və İran Fars körfəzi və Yəməndəki vəziyyəti müzakirə etdi
20:25 02.11.2026
Region
Prokurorluq orqanlarının veteran əməkdaşları təltif edildi
20:07 02.11.2026
Cəmiyyət
Bu türk ölkəsində dövlət çevrilişinin qarşısı alındı
19:59 02.11.2026
Gündəm
17 yaşlı Azərbaycan çempionu vəfat etdi
18:07 02.11.2026
Hadisə
İspaniyanın Baş naziri: Biz Vaşinqtondan idarə olunmuruq
18:01 02.11.2026
Dünya
Paşinyanın ittihamlarında həqiqət var - Natiq Cəfərli
17:51 02.11.2026
Gündəm
İrana nüvə zərbəsi ABŞ-ın dünya liderliyini sarsıda bilər - ŞƏRH
16:57 02.11.2026
Aktual
Donald Tramp: İran məsələsini tam bitirməmişik
16:30 02.11.2026
Aktual