Cəbhədən SON XƏBƏR: Düşmən təmas xəttinə yaxın yaşayış məntəqələrini atəşə tutur




Ermənistan silahlı bölmələri saat 23.30-dan başlayaraq təmas xəttinə yaxın yaşayış məntəqələrini atəşə tutmağa başlayıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vaqif  Dərgahlı APA-ya deyib ki, düşmən Tərtər rayonunun Qapanlı, Qəzyan kəndlərini və Tərtər şəhərini 122 mm çaplı D-30 tipli haubitsalardan atəşə tutur.
"Azərbaycan Silahlı Qüvvələri düşmənin atəş nöqtələrinə cavab zərbələri endirir” deyə, Dərgahlı bildirir.