Cəbhəyanı rayonların icra başçıları: "Yüzlərlə evə ziyan dəyib"
09:45 28.04.2016
Arxiv
382
Ermənilərin ötən gecə təmas xəttinə yaxın yerləşən yaşayış məntəqələrini atəşə tutması nəticəsində Tərtərdə 58 evə ziyan dəyib.
Bu barədə APA-ya açıqlamasında Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov bildirib.
O qeyd edib ki, ötən gecə saat 23.30-dan başlayaraq gecə saat 04.00-dək rayon erməni silahlı bölmələri tərəfindən atəşə tutulub. Nəticədə 2 məktəb binası, 1 mağaza, 1 pambıq qəbuledici məntəqəyə ziyan dəyib.
İcra başçısı həmçinin qeyd edib ki, atılan mərmilər rayon ərazisində 2 elektrik ötürücü yarımstansiyanı partladıb, nəticədə 20 kəndə elektrik enerjisinin verilişi dayandırılıb: "Hazırda həmin kəndlərə elektrik enerjisinin verilişinin bərpa edilməsi üçün tədbirlər görülür. Mülki əhali arasında ölən və yaralanan yoxdur”.
M. Məmmədov ermənilərin təmas xəttinə yaxın yerləşən yaşayış məntəqələrini atəşə tutması nəticəsində aprelin 2-dən bu günədək rayonda 256 yaşayış evinə ziyan dəydiyini açıqlayıb.
Ermənilərin ötən gecə yaşayış məntəqələrini atəşə tutması nəticəsində Ağcabədi rayonundakı yaşayış evlərinə də ciddi ziyan dəyib. Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov APA-ya açıqlamasında qeyd edib ki, son günlər düşmənin zərbələri nəticəsində rayonda 25-ə yaxın evə ziyan dəyib: "Qaraxanlı kəndində bir yaşayış evi yanaraq tamamilə sıradan çıxıb. Əksər evlərin dam örtüyünə mərmilər düşüb, bir çox evin şüşələri qırılıb. Ölən və yaralanan yoxdur”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rusiya və İran Fars körfəzi və Yəməndəki vəziyyəti müzakirə etdi
20:25 02.11.2026
Region
Prokurorluq orqanlarının veteran əməkdaşları təltif edildi
20:07 02.11.2026
Cəmiyyət
Bu türk ölkəsində dövlət çevrilişinin qarşısı alındı
19:59 02.11.2026
Gündəm
17 yaşlı Azərbaycan çempionu vəfat etdi
18:07 02.11.2026
Hadisə
İspaniyanın Baş naziri: Biz Vaşinqtondan idarə olunmuruq
18:01 02.11.2026
Dünya
Paşinyanın ittihamlarında həqiqət var - Natiq Cəfərli
17:51 02.11.2026
Gündəm
İrana nüvə zərbəsi ABŞ-ın dünya liderliyini sarsıda bilər - ŞƏRH
16:57 02.11.2026
Aktual
Donald Tramp: İran məsələsini tam bitirməmişik
16:30 02.11.2026
Aktual