Cəlilabadda yol qəzası baş verib, 11 nəfər xəsarət alıb - YENİLƏNİB
17:12 08.08.2018
Arxiv
1176
Cəlilabad rayonunda 11 nəfərin yaralanması ilə nəticələnən yol qəzası baş verib.
"Report"un Muğan bürosunun məlumatına görə, hadisə rayonun Şivələngə ilə Abaşabad kəndləri arasında yerləşən döngədə qeydə alınıb.
Belə ki, Cəlilabad rayon sakini, 1974-cü il təvəllüdlü Əkbər Mətləb oğlu Kərimovun idarə etdiyi "VAZ-2106" markalı avtomobillə əks istiqamətə hərəkət edən, 1953-ci il təvəllüdlü İbişov İbrahim İsaəli oğlunun idarə etdiyi 15 BN 515 dövlət nömrə nişanlı "VAZ-2107" markalı avtomobil toqquşub.
Hadisə nəticəsində hər iki sürücü və 9 nəfər sərnişin yaralanıb. Bunlar 1983-cü il təvəllüdlü Nəcəfov Vüsal Möhübbət oğlu, 1970-ci il təvəllüdlü Qasımova Şərqiyə Əvəz qızı, 1969-cu il təvəllüdlü İbişova Məryəm İsaəli qızı, 1978-ci il təvəllüdlü Kərimova Adilə Tapdıq qızı, 1947-ci il təvəllüdlü Kərimova Nərminə Ağahüseyn qızı, Kərimov Səttərxan Mətləb oğlu, 1952-ci il təvəllüdlü Ağayeva Arifə Xudakərim qızı və 1950-ci il təvəllüdlü Əzizov Balaxanım Fərman qızıdır. Yaralananlardan birinin vəziyyəti yüngül olduğundan ona ilk tibbi yardım göstərildikdən sonra evə buraxılıb.
Faktla bağlı araşdırma aparılır.
***15:15
Cəlilabad rayonunda yol qəzası baş verib.
"Report"un Muğan bürosunun məlumatına görə, minik avtomobillərinin toqquşması nəticəsində iki nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Yaralılar Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Türkiyədə 5,1 bal gücündə zəlzələ baş verib
21:26 02.11.2026
Gündəm
DİM-dən kibertəhlükəsizliklə bağlı çağırış
21:12 02.11.2026
Elm və Təhsil
Atası Lamin Yamalın əsl adını açıqladı
20:38 02.11.2026
Futbol
Rusiya və İran Fars körfəzi və Yəməndəki vəziyyəti müzakirə etdi
20:25 02.11.2026
Region
Prokurorluq orqanlarının veteran əməkdaşları təltif edildi
20:07 02.11.2026
Cəmiyyət
Bu türk ölkəsində dövlət çevrilişinin qarşısı alındı
19:59 02.11.2026
Gündəm
17 yaşlı Azərbaycan çempionu vəfat etdi
18:07 02.11.2026
Hadisə
İspaniyanın Baş naziri: Biz Vaşinqtondan idarə olunmuruq
18:01 02.11.2026
Dünya
Paşinyanın ittihamlarında həqiqət var - Natiq Cəfərli
17:51 02.11.2026
Gündəm